"Neftçi"dən daha bir transfer

05.01.2017 | 2089 dəfə oxunub

Bakının "Neftçi" klubunun heyətə cəlb etmək istədiyi ukraynalı futbolçunun adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, bu, Kiyev "Dinamo"sunun yetirməsi Kirill Petrovdur.

13 yaşında "Dinamo"nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə "Krivbass" və "Qoverla"ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev "Arsenal"ı, bir il sonra Polşa "Korona"sı, 2015-ci ildə isə Qazaxıstanın "Ordabası" klublarında forma geyinib.
Onun sonuncu komandası isə Ukrayna "Olimpik"i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib.
Petrovun bu gün "Neftçi"nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacağı gözlənilir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.02.2017

10:58  Avropa Liqasında cavab oyunları - YENİLƏNİR

22.02.2017

02:07  Messi Misirdə

21.02.2017

20.02.2017

04:14  "Lion" - "Dijon" - 4:2 VİDEO

04:11  "Köln" - "Şalke" - 1:1 VİDEO

04:04  "Roma" - "Torino" - 4:1 VİDEO

04:01  "Kyevo" - "Napoli" - 1:3 VİDEO
   
  O Q H M T-f X
1. Qarabağ 19 13 3 3 33:10 42  
2. Qəbələ 19 12 6 1 38:10 42  
3. İnter 19 8 9 2 32:19 33  
4. Sumqayıt 19 6 7 6 20:23 25  
5. Zirə 19 6 5 8 17-21 23  
6. Neftçi 19 5 2 12 14-33 17  
7. Kəpəz 19 3 7 10 12-22 16  
8. AZAL 19 1 5 13 7-33 8  
19.02Sumqayıt 1-0AZAL
19.02Qəbələ 2-0Qarabağ
18.02Neftçi 0-0Kəpəz
18.02İnter 1-1Zirə
01.01 -
01.01 -
29.10AZAL -Qarabağ
29.10Qəbələ -Neftçi