İslamiada: Cüdoçularımızdan 2 qızıl, 2 gümüş medal - YENİLƏNİB

14.05.2017 | 1256 dəfə oxunub

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edəcək. Stadium.Az xəbər verir ki, idmançıların fərdi mübarizəsində 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

81, 90, 100, +100 kq çəki dərəcəsində kişilər, 70, +78 kq çəkidə qadınlar, 66, 73, 90 və +100 kq çəkidə isə kişilərin paracüdo yarışlarında medallar öz sahiblərini tapacaqlar.

Millimiz bu gün 3 çəki dərəcəsində 4 cüdoçu ilə təmsil olunacaq.

Kişilər

90 kq

Bu çəkidə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edir. 1/4 finaldan yarışa start verən cüdoçumuz Mixail Marçitanla (BƏƏ) üz-üzə gəlib. Təmsilçimiz tatamini qalib kimi tərk edib. Yarımfinalda türkiyəli Batuhan Efemgilə də heç bir şans verməyən Mehiyev finala adlayıb.

Onun həlledici görüşdəki rəqibi Abderrahman Benamadi (Əlcəzair) olacaq.

Məmmədəli Mehdiyev bu görüşdə də qalib gələrək qızıl medal qazaıb.

100 kq

Dünya və Avropa çempionumuz Elxan Məmmədov da yarışa uğurla başlayıb. Səudiyyə Ərəbistan idmançısı Sultan Mania səddini keçən həmyerlimiz yarımfinalda qazaxıstanlı Viktor Demyanenko ilə güləşib. Bu görüşdən də üzüağ çıxan Məmmədov finalda oynamaq hüququ qazanıb.

Elmar Qasımovun da ilk sınağı 1/4 finala təsadüf edib. Olimpiya mükafatçımız Əli Ərdoğanla (Türkiyə) qüvvəsini sınayıb və ipponla qalib gəlib. Yarımfinalda əlcəzairli Lyes Bouyakubla münasibətinə aydınlıq gətirən Elmar onu da məğlub edə bilib. Qasımov finalda komanda yoldaşı Elxan Məmmədovla güləşəcək.

Gözlənilənlərin əksinə olaraq Elxan Məmmədov bu dəfə qalib gəlib. 

Qadınlar

+78 kq

Ölkəmiz adına ilk yarışa qatılacaq İrina Kindzerska yarımfinala çıxmaq üçün toqolu Noelin Koro və əlcəzairli Sonia Assela ilə dairəvi sistemlə mübarizə aparıb. Hər iki rəqibinə ipponla qalib gələn Kindzerska finala yüksəlib. O, həlledici görüşdə türkiyəli Kayra Sayıtla münasibətlərinə aydınlıq gətirəcək.

İrina Kindzerska bu görüşdə məğlub olaraq ikinciliklə kifayətlənib.

Cüdoçuların fərdi mübarizəsinin ilk günündə kişilərdən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.

Qadınlardan isə Erdenebat Bazarraqça (48 kq) hamıdan güclü, Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) isə ikinci olub.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.09.2017

01:54  "Barselona" - "Eybar" 6:1 VİDEO

01:17  "Lester" - "Liverpul" 2:0 VİDEO

01:10  "Boloniya" - "İnter" 1:1 VİDEO

01:00  "Şalke" - "Bavariya" 0:3 VİDEO

19.09.2017

18.09.2017

02:08  PSJ - "Lion" 2:0 VİDEO

17.09.2017

20:18  "Səbail" - “Qəbələ” - HEYƏTLƏR

17:37  “Qarabağ” - "Kəpəz" - HEYƏTLƏR

16:11  MLS yeni rekord

13:26  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2017

   
  O Q H M T-f X
1. Zirə 5 4 1 0 11-4 13  
2. Qarabağ 4 4 0 0 8:2 12  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 5 2 1 2 6:6 7  
5. Sumqayıt 5 2 1 2 5:6 7  
6. Səbail 4 1 0 3 3-6 3  
7. Kəpəz 5 0 1 4 3-10 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
17.10Qarabağ 2-0Kəpəz
17.10Səbail 1-3Qəbələ
16.10İnter 1-1Sumqayıt
16.10Neftçi 1-2Zirə
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi