"Qarabağ" Avstriyada hansı klublarla oynayacaq?
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.
Stadium.Az xəbər verir ki, bu barədə klubun baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, iyunun 1-də Bakıda bir araya gələcək komanda 15 gün sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisinin bu ölkədə neçə gün qalacağı Çempionlar Liqasının püşkatmasından asılı olacaq.
Belə ki, “Qarabağ” II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, Qurban Qurbanovun yetirmələri vətənə erkən qayıdacaqlar. Əks təqdirdə, yəni ilk matçına səfərdə çıxacağı halda, komandanın Avstriya toplanışının müddəti uzanacaq.
Əsgərov vurğulayıb ki, “Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Terek”ə qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.
Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək püşkatmadan asılı olacaq.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |