Qurban Qurbanov: "Təəssüf ki, onun yerini doldura bilməmişik" - MÜSAHİBƏ

15.06.2017 | 2022 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Bakı” ilə keçirdikləri yoxlama oyununun ilk hissəsindən sonra jurnalistlərin sullarını  cavablandırıb: 

- Hazırlıqlar necə gedir?

- Hər hansı fikir bildirmək üçün hələlik tezdir. Hazırlıq ümümən pis deyil, amma istədiyimiz kimi çalışa bilmirik. Bəzi oyunçularımız müəyyən səbəblərdən komanda ilə birgə olmadığıdan aşağı yaş qruplarından futbolçular cəlb etmişik. Bizimlə yoxlama oyununa razılıq verdiyi üçün “Bakı”ya təşəkkür edirik. Rəqibin kimliyindən asılı olmayaraq, yoxlama matçına çıxmaq vacibdir. Hələ ki, ilk oyundur. Futbolçulardan istədiyimizi ala bilmirik. Bu gün hazırlıqlarımızın ilk hissəsini başa vururuq. İki gündən sonra Avstriyaya təlim-məşq toplanışına gedəcəyik.

- Bir ara CAR millisinin üzvü Tokelo Rantienin adı “Qarabağ”la birgə hallanırdı. Ümumiyyətlə, yaxın günlərdə komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Bir neçə futbolçu transfer etmək istəyirik. Amma əfsuslar olsun ki, danışıq apardığımız iki futbolçu ilə son anda razılaşa bilmədik.

- Problem maliyyə ilə bağlı idi?

- Xeyr. Sadəcə, həmin futbolçulara digər klublardan da təklif oldu. Görünür, onlar daha sərfəli təklifə üstünlük verdilər.

- Bu futbolçular arasında Rantienin adı var idi?

- Bəli, var idi. Təəssüf ki, indiyə qədər heç kimi transfer etməmişik. Bəzi futbolçularla danışıqlarımız davam edir. Rantienin transferi ilə bağlı dəqiq heç nə deyə bilmərəm.

- Muarem Muaremin komandadan gedişi gözlənilməz oldu...

- Muaremin müqaviləsi başa çatmışdı. Təəssüf ki, onunla görüşə bilmədim. Həmin ərəfədə Bakıda deyildim. Amma ona bildirmişdik ki, komandadan gedə bilər. Özü də buna hazır idi. Ola bilər ki, Muarem gələcəkdə yenidən komandamıza qayıtsın.

- Muaremə yeni müqavilənin təklif olunmaması elə təəssürat yaradır ki, artıq onun yerinə yeni futbolçu gələcək...

- Təəssüf ki, onun yerini doldura bilməmişik. Ola bilər ki, Muaremin yerinə futbolçu cəlb olundu. Olmasa belə, onun boşluğunu doldura biləcək futbolçularımız var. Muaremin komandaya çox xeyri olub. Onu hamımız çox istəyirdik. Göndərmək istəməzdik. Bu, mənim ən çətin qərarlarımdan biri oldu. O da peşəkar futbolçudur, belə şeyləri çox gözəl başa düşür. Bu, işin gedişatıdır.

- Muaremin ilk dönəmi uğurlu idi, yoxsa “Əskişəhərspor”dan qayıtdıqdan sonra?

- O, komandaya gələndə gənc idi, adaptasiya olmaq üçün ona çox vaxt lazım oldu. Türkiyəyə gedənə qədər də komandamıza çox fayda verirdi və yaxşı oyun nümayiş etdirirdi. Sadəcə, Türkiyədəki karyerası uğurlu olmadı, oyun praktikası çatışmırdı. Çalışdıq ki, onun bacarığından maksimum istifadə edək.

- Dani Kintananın vəziyyəti necədir?

- İyunun 20-də, Avstriya toplanışı zamanı fərdi məşqlərə başlayacaq. Gedişatdan asılı olaraq onun qayıdacağı tarix bəlli olacaq. Amma hələ onun bərpa prosesinin başa çatmasına çox var.

- Şimali İrlandiya millisinin üzvü Kayl Laffertinin adı “Qarabağ”la birgə çəkilirdi. Futbolçu özü də mətbuata açıqlamasında bildirdi ki, “Qarabağ”la danışıq aparmağa hazıram...

- Onunla heç bir danışıq aparmamışıq. Laffertinin adı mənim transfer siyahımda olmayıb.

- Abbas Hüseynov “Qarabağ”a transfer olunsa da, onun Avropa Liqasında “İnter”ə kömək edəcəyi deyilir...

- Abbas komandamızladır. İkinci hissədə onu meydana buraxacam. “İnter”lə bu məsələ barədə danışmamışıq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.09.2017

25.09.2017

24.09.2017

17:23  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

23.09.2017

19:16  "Zirə" - "İnter" - HEYƏTLƏR

17:45  "Səbail" - "Kəpəz" - HEYƏTLƏR

11:18  "Lill" - "Monako" 0:4 VİDEO

22.09.2017

   
  O Q H M T-f X
1. Qarabağ 5 5 0 0 12:3 15  
2. Zirə 6 4 2 0 12-5 14  
3. Qəbələ 5 3 1 1 8:5 10  
4. İnter 6 2 2 2 7:7 8  
5. Sumqayıt 6 2 1 3 6:10 7  
6. Səbail 5 2 0 3 4-6 6  
7. Kəpəz 6 0 1 5 3-11 1  
8. Neftçi 5 0 1 4 2-6 1  
24.10Qəbələ ---Neftçi
23.10Zirə 1-1İnter
23.10Səbail 1-0Kəpəz
22.10Qarabağ 4-1Sumqayıt
08.08Səbail -Qarabağ
09.08Kəpəz -İnter
09.08Qəbələ -Zirə
10.08Sumqayıt -Neftçi