Dünya çempionu da Rəsul Çunayevi biabır etdi

31.07.2017 | 7225 dəfə oxunub

Azərbaycan kikboks federasiyasının vitse-prezidenti, dünya çempionu, keçmiş idmançı Güloğlan Cabbarov aksiya keçirən güləşçilərə, eləcə də yunan-roma güləşi üzrə dünya və Avropa çempionu, olimpiya mükafatçısı Rəsul Çunayevə cavab verib. BiG.AZ xəbər verir ki, keçmiş idmançı sosial şəbəkədə Rəsul Çunayevin səhvini ortaya çıxarıb və onun qovulması barədə məlumat verib:

"Əziz dostlar dəyərli , qardaşlarım Azərbaycan idmanında , illərlə , döşəkdə, rinqdə tatamidə, can qoyan idmançılar, mən bir neçə idman sahəsində işləyən və rəhbər şəxslərlə , hətta dünyada ilin Məşqçisi seçilmiş Firdovsi Umudovla zəngləşdim danışdım.
Güləşçilərimiz arasında olan məsələlərə aydınlıq gətirməyə çalışdım . İstədim ki , aldığım bəzi məlumatları sizinlə bölüşüm . Çünki bəzi detalları millət yaxşı bilmədiyindən hərə bir rəy yazır. Biri dövləti günahkar çıxardır, biri idmançını, bəziləri isə Fedarasiıyaları ...
Nəzərinizə çatdırım ki , maaşdan və mükafatlardan üsyan edən Rəsul Çunayev şəxsən bir neçə yerdən maaş alır. 
Bu gün Firdovsi müəllimin dediyi kimi Sərhəd qoşunlarından, həm rütbə tərəfdən, həm də yüksək maaş alaraq dövlət tərəfindən maliyələşir. 
Balakən rayonu İcra Hakimətindən belə maliyələşir. Fedarasiya tərəfindən yüksək qayğı görüb, Olimpiya Komitəsindən maaş alır . Neftci İdman klubundan iki ay bundan önce çıxarılmasını belə izah edir ki , guya "Neftci İSM” Prezidenti Sadıq Sadıqov Rəsula vəd etdiyi Mükafatı vərmiyib . Əslində isə məsələ başqa cürdür.
İki ay öncə kluba gələrək maaşının daha yüksək ( 2 mindən yuxarı ) vərilməsi ücün ağız açanda rədd cavabı alıb. 
Çünki bir çox klubdan maliyələşən idmançıya deyilib ki mövcud durumda bu mümkün deyil . Buna etiraz edən Rəsul Çunayev Klubdan uzaqlaşdırılıb . Məsələ burasındadır ki , bu maaşı heç döyüş bölgələrində erməniylə üz-üzə duran hər an , ölümlə üz-üzə gələn yüksək rütbəli zabitlər ala bilmir. Heç alimlər, professorlar belə yüksək maaş ala bilmir. Nə qədər harınlıyasan ki , bu qədər maaşı az bilib daha da artığını istəyəsən . Ona görə də dostlar biləsiz ki, narahatcılığa əsas yoxdur. Hamısı da necə lazımsa maliyələşir . Maraqlıdır bəs bizim Fedarasiyamızın yerinə olsalar idmançılarımızın yerinə olsalar neyniyərlər”.

Rəsul Çunayev aksiya zamanı üzvü olduğu "Neftçi İSM”dən uzun müddətdir pul almadığını demişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail