"Avropada 1-2 futbolçu var, danışıqlar davam etdirilir" - Tahir Gözəl - MÜSAHİBƏ

12.08.2017 | 2822 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ilk oyununda “Neftçi” ilə qarşılaşan və 3:1 hesablı qələbə qazanan “Qarabağ”ın vits-pirezidenti Tahir Gözel matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mövsümün ilk oyununu necə xaraktericə edirsiniz?

- Çempiontın ilk oyunu idi, xeyirli olsun. Bu qələbə avrokubok oyunu ərəfəsində komandamız üçün yaxşı motivasiya olacaq. “Neftçi” heyətini yeniləyib, onların gələcəkdə daha güclü olacaqlarına inanıram. Daninin zədələnməsi məni narahat etdi. Sabah onu xəstəxanaya götürəcəyik. Ola bilər, ayyarımn gecikmə olsun.

- Meydanda ancaq “Qarabağ” var idi, demək olarmı?

- Elə deməzdim. Rəqibimiz hər zman güclü komanda olub. Bu mövsümün gedişində sabitlik əldə edəcəklər və güclərini göstərəcəklər. Qarşıdakı turlarda güclü “Neftçi” görəcəyimizə inanıram.

- “Qarabağ” bütün diqqətini “Kopenhagen”lə Bakıdakı oyuna yönəldib. Yəqin ki, məqsəd qol buraxmadan qələbə qazanmaq olacaq...

- Ümidimiz budu. Amma komandamızın rəqib meydanında da yaxşı oyun keçirdiyinin şahidi olmuşuq. Cütün taleyi Bakıdakı oyunda həll olunmayacaq. Ümidimi komandama bağlayıram. “Kopenhagen” üçün çətin matç olacaq Bakıda.

- Danimarkada azarkeş ordusunun olacağı gözlənilir. Bununla bağlı danışığınız olubmu?

- Xeyr, heç bir söhbətimiz olmayıb.  Biz səfərdə azarkeş ordusu gözləyirik. Avropada 1 milyondan artıq türk var və bir ölkədən digərinə 50 avroya uçmaq mümkündü. Onların gələcəyinə inanıram və dəvət edirəm. Azarkeşin rolu böyükdü. Media vasitəsilə onları stadiona səsləyirəm. Bu işdə səfirliklər də kömək etməlidirlər.

- Nəticədən asılı olmayaraq “Qarabağ” ən azı qışa qədər Avrokuboklarda çıxışını davam etdirəcək. Buna görə də 1-2 yeni futbolçunun gətiriləcəyi gözlənilir...

- Avropada 1-2 futbolçu var, danışıqlar davam etdirilir. Ad çəkməyəcəm, desəm, çətinliyə düşə bilərik. Yaxın günlərdə sürpriz transfer ola da bilər, alınmaya da. Hansı mövqedə çıxış edirlər, onu da deyə bilməyəcəm.

- Ulduz futbolçudu?

- Xeyr. Amma komandaya faydalı futbolçu olacaq. “Qarabağ”ın legionerləri hər zman keyfiyyətli olmaları ilə seçilib. Yeni futbolçumuz da belə olacaq. Sadəcə, ad çətib özümüzü çətin vəziyyətə salmaq istəmirəm.

- Dani Kintananın zədələnməsi həmin transferi sürətləndirə bilər?

- Yox, bunun əlaqəsi yoxdu. Söhbət davam edir.

- Yüngül atletimiz Ramil Quliyev dünya çempionu oldu. Bu haqda nə deyə bilərsiniz?

- Tarixdi, təbrik etmək lazımdı. Türkiyəni, Azərbaycanı dünyada tanıdan, duyuran hər kəsə təşəkkür edirik. Böyük uğurdu.

- Əzəli rəqibiniz “Neftçi”nin bu durumda olması sizi narahat edirdmi?

- “Neftçi” toparlanmağa, özünü düzəltməyə çalışır. İstənilən halda “Neftçi” “Neftçi”di. Bu arada səfərə də yollanmalıyam. Döndükdən sonra media ilə bir ayara gəlməyi düşünürük. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2018

23:26  İsveçin qələbəsi VİDEO

21:44  Tunis Ingiltərə - heyətlər

18:16  Belçika Panama - heyətlər

15:44  İsveç Cənubi Koreya - heyətlər

17.06.2018

21:20  Braziliya – İsveçrə - HEYƏTLƏR

21:07  Almaniya – Meksika 0:1 VİDEO

18:31  Almaniya – Meksika - HEYƏTLƏR

15:40  Kosta Rika – Serbiya - HEYƏTLƏR

15:16  Neymarın yeni imici - FOTO

01:30  Xorvatiya - Nigeriya 2:0 VİDEO

00:48  Peru - Danimarka 0:1 VİDEO

16.06.2018

17:10  Fransa – Avstraliya 2:1 VİDEO

16:20  Argentina - İslandiya - HEYƏTLƏR

13:24  Fransa - Avstraliya - HEYƏTLƏR

15.06.2018

21:33  Mərakeş – İran 0:1 VİDEO

21:10  Portuqaliya - İspaniya - HEYƏTLƏR

18:52  Misir – Uruqvay 0:1 VİDEO

14.06.2018

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail