Ozobiçlə Cavid arasında mübahisə yaranıb - MÜSAHİBƏ

13.08.2017 | 4979 dəfə oxunub

“İnter”lə oyunda qələbə qazanan (2:1) və mövsümə qələbəylə başlayan “Qəbələ”nin kapitanı Cavid Hüseynov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Mövsümə qələbə ilə start verdiniz...

- Yeni mövsümün ilk oyunudu. İlk oyun hər zaman ağır keçir. Birinci hissədə 2 qol vurduq, sonra komanda rahat oynadı. Fasilədən sonra yaxşı başladıq, amma rəqib qol vurmağı bacardı. Bundan sonra ruhlandılar. Çalışdılar ikinci qolu da vursunlar, amma bəxtləri gətirmədi.

- Penalti epizodu zamanı mübahisə etdiniz. Əvvəlcədən penaltini kimin vuracağı təyin edilməmişdi?

- Komandada penaltini həmişə mən vururdum. Bu dəfə Ozobiç topu götürdü. Nə bilim...

- Sonra incidiniz?

- Yox, incimədim. Dedim vur, özü yaxınlaşdı ki, gəl vur, istəmədim. Xətrimə dəymədi.

- İncik olduğunuz sezilirdi...

- İncik deyəndə... Özü gəldi, üzr istədi, amma... Nə isə, olan oldu...

- Mövsüm yenə 8 komandanın iştirakı ilə keçiriləcək. “Qəbələ”nin çempionluq şansı realdımı?

- Çox çətin olacaq. Bizim bu cür oyunumuzla məqsədə nail olmaq ağır olacaq.

- Komandanın oyunundan narazısınız?

- Əlbəttə, bu cür oyundan kim razı qala bilər. Nə öz oyunumdan, nə də komanda yoldaşlarımın çıxışından razı qaldım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail