Samir Abbasov: "Bəlkə də hansısa oyunda partlaya bilərik"

11.09.2017 | 1151 dəfə oxunub

"Çox çətindir. Özüm də ikinci hissəyə görə gərginəm. Rahat udulası oyunu bu vəziyyətə gətirdilər. Yenə səhərə kimi yata bilməyəcəm. Əvəzetmədən girənlər yaxşı təsir bağışlamadı. Bizə bir az vaxt lazımdır. "Neftçi"yə qarşı qeyri-adi hazırlaşmamışdıq. İkinci hissədə zəif çıxış etməyimiz öz günahımızıdır".

Stadium.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azəraycan Premyer Liqasının IV turunda "Neftçi" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

39 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Komandanız ilk hissədə yaxşı təsir bağışlasa da, xeyli sayda qol epizodunu boşa verdiniz. Bu, nə ilə bağlıdır?

- Qol vəziyyətlərini boşa veririk. Bəlkə də hansısa oyunda partlaya bilərik. Matça çox sürətli başladıq. Amma cızığımızdan çıxdıq. Məşqdə etdiklərimizi təkrarlaya bilsək daha çox qol vura bilərdik.

- Rəşad Eyyubovun əvəzinə meydana daxil olan Kamal Mirzəyev özünü doğrultmadı...

- Bəli, sizinlə tamamilə razıyam.

- Eyyubov meydandan çıxan zaman nəyə etiraz edirdi?

- Oynamaq istəyirdi. Mən isə əvəzlədim. Emosiya, vəssalam.

- Tribunalarda boş yer qalmamışdı deyə, xeyli azarkeş oyunu stadionun kənarında ayaq üstə izləyirdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu məsələ mənə aid deyil deyə, fikirləşə bilmirəm. Bağışlayın ki, suala cavab vermirəm.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.01.2018

12:30  "Qarabağ" ilk oyununu keçirir - YENİLƏNİR

16.01.2018

15.01.2018

14.01.2018

13.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ