Sadiqov: "Heç kim deyə bilməz ki, Rəşad belə şey deyib"

25.09.2017 | 4306 dəfə oxunub

“Neftçi” Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə məğlub oldu. Stadium.Az xəbər verir ki, Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb: 

- Matç haqqında nə deyə bilərsiz?

- Bilirsiz ki, “Qəbələ” səfəri həmişə çətin olur. Buna baxmayaraq, məncə, pis oyun alınmadı. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq asan olmadı. Bir qol vura bildik. Bəxtimiz gətirmədi, adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Çətinliklər çoxdu, ancaq bunun üzərində çox işləyir.

- "Neftçi"də çatışmayan nədir?

- Çatışmayan psixoloji durumdu. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir, ancaq çox adam bacarmır. Bu vacib amildi.

Neftçiyə gəlməyinin səbəbi nə oldu?

- Tərlan müəllim dəvət etdi, mən də gəldim. “Neftçi” üçün bu yerdə olmaq ayıbdı. Kömək etmək üçün burdayam. 

Zirədə intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?

- Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq. 

- Komanda ilə, taktika ilə bağlı müdaxilə eləmişdin nəsə?

- Xeyr, elə şey ola bilməz. Bir çox məşqçilərlə işləmişəm, heç kim deyə bilməz ki, Rəşad belə şey deyib.

- İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?

- Qışa qədər xal qazanmağa çalışacağıq. Bu vəziyyətdən çıxmalıyıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail