I divizionun püşkü atıld, PFL yenilik etdi

25.09.2017 | 4565 dəfə oxunub

Bu gün birinci divizionda 2017/18 mövsümünün püşkü atılıb. Stadium.Az xəbər verir ki, cari mövsüm aşağı liqada 10 komanda mübarizə aparır ki, onlardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” çempionatın debütantlarıdır.

İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:

“Xəzər” - “Mil-Muğan”

“Turan-Tovuz” - “Şüvəlan”

“Ağsu” - “Zaqatala”

MOİK - “Qaradağ-Lökbatan”

“Sabah” - “Binə”

Mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq. 


Birinci divizionda yenilik: 3 dövrə


2017/18 mövsümündə futbol üzrə Azərbaycanın I divizionu 3 dövrədən ibarət olacaq. Bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. O qeyd edib ki, bu addım komandaların daha çox oyun keçirməsi üçün atılıb.

Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Bu isə o deməkdir ki, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Limit isə belədir: komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.

Çempionat iştirakçıları eyni topla mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail