Şahin Diniyev: "Sonradan bu bizdə alınmadı ..."

15.10.2017 | 5309 dəfə oxunub

"Bu gün çox pis futbol oynadıq. Sanki Qəbələdəki komanda deyildik. Bu, çox acınacaqlı məğlubiyyətdir”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 8-ci turunda “Zirə”yə uduzduqları oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, qarşılaşmanı belə şərh edib: “Məqsədimiz kompakt şəkildə bağlanmaq və rəqibi əks hücumlarda yaxalamaq idi. İlk hissədə təxmini bu istəyimizi reallaşdıra bilirdik. Sonradan bu bizdə alınmadı və rəqib vurduğu qollarla qələbə qazandı. Stabil heyətimiz olmadığına görə, stabil oyun da nümayiş etdirə bilmirik. Çalışacağıq ki, qarşıdakı oyunlara baxaq. Məqsədimiz maksimum xal toplayıb, bu vəziyyətdən çıxmaqdı. 

“Kəpəz” meydançası yenilənən Gəncə stadionunda bu mövsüm ilk oyununu növbəti turda “Neftçi”yə qarşı keçirəcək. Şahin Diniyev bu haqda da danışıb: “Gəncədəki oyunlarda nəticə qazanmaq mütləqdi. Çünki azarkeşlərimizi sevindirməyə borcluyuq. Təəssüf ki, onların yanına 4 xalla qayıdırıq. Artıq gələn oyunlarda yeniliklərə əl atacam. Bizim elə bir gücümüz yoxdu ki, köklü dəyişiklər edək. Sadəcə, müəyyən futbolçuların yerləri dəyişəcək və taktiki düzülüşlər fərqli olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail