"Hafiz Məmmədovun yenidən klubu toparlamasını, hər şeyi sıfırdan başlamasını istəyirəm" - MÜSAHİBƏ

17.10.2017 | 6686 dəfə oxunub

Oktyabrın 18-də Çempionlar Liqasının (ÇL) II turunda “Qarabağ”ın qonağı olacaq İspaniya “Atletiko”sunun veteran futbolçusu və “Bakı” komandasının sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan səfəri çərçivəsində yerli jurnalistlərin suallarını cavablandırıb:

- Bakıya gəlişiniz nə ilə bağlıdır? Hər halda “Qarabağ” - “Atletico” matçı üçün buradasınız...

- Bakıya hansısa xüsusi məqsədə görə gəlməmişəm. Hafiz Məmmədov dəvət etdi, mən də bunu dəyərləndirib Azərbaycana gəldim. Həm uzun aradan sonra Hafiz müəllimi görəcəyəm, həm də “Qarabağ” – “Atletico” oyununu izləyəcəyəm.

- Bakı Olimpiya Stadionunda baş tutacaq oyunda rəqiblərin şanslarını necə dəyərləndirirsiniz?

- “Qarabağ” güclü rəqibdir. Son illərin qabaqcıl komandalarından biridir. “Atletico” isə son üç ildə 2 dəfə ÇL-in finalında oynayan kollektivdir. “Qarabağ” üçün asan olmayacaq. Ona görə də meydan sahibləri qazanılacaq müsbət nəticəyə görə sevinməlidir. “Qarabağ” ÇL-in qrupuna düşməklə böyük uğura imza atıb, tarix yazıb. Bu onlar üçün kifayət qədər qürurverici olmalıdır. Ağdam klubunun göstərdiyi nəticə bir daha sübut edir ki, ölkəsindən və yerindən asılı olmayaraq bir klubda qarşıya məqsəd qoyulursa, layihə üzərində iş gedirsə, hər bir insan işinə ciddi yanaşırsa və ortalıqda pul da varsa, sonda nəticə əldə etmək olur. Hazırda futbolda vəziyyət bir qədər çətindir. Futbola pul buraxan rəhbərlər dərhal nəticə istəyirlər, gözləmirlər.

- “Atletiko” “Qarabağ”la oyundan əvvəl La Liqada “Barcelona”nı qəbul etdi və heç-heçə oynadı. Həmin qarşılaşma Azərbaycan çempionu ilə oyunun nəticəsinə təsir göstərə bilərmi?

- İspaniya çempionatında asan oyun yoxdur. Dünyanın ən yaxşı çempionatı La Liqadır. “Atletiko”nun futbolçuları həftədə iki matç keçirməyə öyrəşiblər. Fiziki cəhətdən yaxşı hazırlıqlı komandadır. “Barselona” ilə görüşün yorğunluğunun qarşıdakı oyuna öz təsirini göstərəcəyinə inanmıram. “Atletiko”ya yalnız yolun uzunluğu çətinlik yarada bilər.

- Hazırda “Atletiko”nun “zəif bəndi” harasıdır?

- “Atletico”nu çox sevirəm. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Əlbəttə, Dieqo Simeone məndən hansısa məsləhət istəsə, fikrimi deyə bilərəm. Çünki “Bakı” ilə Azərbaycan çempionatında “Qarabağ”a qalib gəlmişəm. İki dəfə isə uduzmuşam.

- “Atletiko” son 5 oyunda cəmi bir qələbə qazanıb. Üstəlik, ÇL-də qalibiyyəti yoxdur. Bu amil “Qarabağ” üçün üstünlük sayıla bilər.

- Bunun “Qarabağ” üçün üstünlük olduğuna inanmıram. “Atletico” güclü komandadır. Onları məğlub edən çox az kollektiv var. Düzdür, son 5 matçda bir qələbə əldə edib, lakin məğlub da olmayıb. “Atletico” bütün rəqiblərə eyni cür yanaşır. Evdə və ya səfərdə oynamasından asılı olmayaraq stabil çıxış edir. Bu baxımdan dünyada 3-4 klubdan biridir.

- “Qarabağ”ın uğurunun düzgün iş aparılmasının nəticəsi olduğunu söylədiniz. “Bakı”da işlədiyiniz vaxt bu komandanın indiki nailiyyətləri əldə edəcəyini gözləyirdiniz?

- Mən gedən zaman “Qarabağ” Avropa Liqasının qrupuna düşdü. Əlbəttə, gözləmək olardı. Çünki hər şey buna doğru gedirdi.

- Pantiç onu Azərbaycana tanıdan “Bakı”nın hazırkı durumuna görə üzülür?

- Əlbəttə, “Bakı”nın indiki halına çox üzülürəm. Klubun bu günləri yaşamasını istəməzdim. Hafiz Məmmədovun yenidən klubu toparlamasını, hər şeyi sıfırdan başlamasını istəyirəm. Ümid edirəm ki, bu cür də olar. Mənim Hafiz müəllimə hörmətim sonsuzdur. Klubda maliyyə problemləri olsa da, prezidentə sadiq qaldım. Yeganə adamam ki, FİFA-ya şikayət etməmişəm. Bu günə kimi də danışırıq, ondan dəstəyimi əsirgəmirəm.

- Bu gün Azərbaycanın bir çox aparıcı komandalarında “Bakı”nın yetirmələri çıxış edir. Mahir Mədətov, Rəhman Hacıyev kimi futbolçuları izləyirsiniz? Mədətovu “Atletiko”ya məsləhət görə bilərsiniz?

- Əlbəttə, çoxundan xəbərim var, izləyirəm. “Bakı”dan gedəndən sonra başqa klublardan təkliflərim oldu. Lakin son anda getməyim alınmadı. Həmin klubların qarşısında şərt qoymuşdum ki, Azərbaycandan 1-2 nəfər istedadlı futbolçu gətirmək istəyirəm. Namiq Ələsgərov, Vüqar Mustafayev və daha 1-2 nəfəri Azərbaycandan aparmağı düşünürdüm. Ancaq alınmadı, istədiyimi edə bilmədim. Mənim dönəmimdə “Bakı”da çoxlu istedadlı futbolçular vardı. İndi də aparıcı klublarınıza çıxış edirlər. Bakıda keçirdiyim son 5 ayın problemlərlə müşayiət olunmasına çox üzülürəm. Biz istədiyimiz layihəni tamamlaya bilmədik. Daha 2-3 il davam etsəydik, hazırda “Qarabağ”la başabaş mübarizə aparardıq. Həm Azərbaycanda, həm də kənarda. Adam öz işi ilə həyatda hər şey əldə edə bilər. “Bakı”ya gələndə heyətdəki futbolçuların potensialını gördüm və bildim ki, bu oyunçularla uğur qazanmaq olar. Qış toplanışından qayıdandan sonra bir neçə matçda qələbə qazandıq. Lakin maliyyə problemi həllini tapmadığından eniş yaşandı.

- Nisbətən zəif şərtlərlə “Bakı”ya qayıdarsınız?

- Həmişə çalışıram ki, hansısa ölkədən gedən zaman qapını çırpmayım. Komanda əvvəlki vəziyyətinə qayıtsa və təklif olsa, bunu dəyərləndirərəm. Ailəmlə də məsləhətləşərəm. FİFA-ya şikayət etməməklə “Bakı”ya sadiq olduğumu göstərdim. Ən çox alacaq məndə idi. Amma buna göz yumdum. Hər zaman bura qayıtmağa hazıram.

- “Qarabağ” – “Atletico” oyunu üçün proqnozunuzu deyin...

- “Atletico” qalib gələcək, lakin hesabı deyə bilmərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail