Oseqeyl: "Karyeramın ləkələnməsinə imkan verə bilməzdim"

07.11.2017 | 422 dəfə oxunub

“Hakimin qərarından sonra ona yaxınlaşdım və penalti olmadığını söylədim. Çünki əsl həqiqət bu idi”.

Stadium.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Kəpəz”in hücumçusu Viktor Oseqeyl deyib. Topaz Premyer Liqanın 11-ci turunun “Qarabağ”la ev oyununun 17-ci dəqiqəsində İbrahim Şehiçlə üz-üzə qalan nigeriyalı hücumçu qapıçını keçmək istərkən yıxılıb. Matçın baş hakimi Rəhim Həsənov epizodu penalti kimi dəyərləndirib. Lakin qonaq komandanın futbolçularının etirazından sonra Oseqeyl hakimə yaxınlaşaraq, ona toxunuş olmadığını bildirib. Bundan sonra Həsənov 11 metrlik cərimə zərbəsini ləğv edib. Oseqeyl həmin epizodda heç kimin ona təzyiq göstərmədiyini, hakimə öz istəyilə yaxınlaşdığını və penalti olmadığını söyləyib:

“Bu oyunun bizim üçün nə qədər önəmli olduğunu bilirdim. Amma karyeramın ləkələnməsinə imkan verə bilməzdim. Onsuz da oyundan sonra videotəkrara baxanda hər şeyi görəcəkdilər. Düzdür, hakim penalti nöqtəsini göstərəndə sevindim. Bu da normal haldır. Ancaq bir neçə saniyədən sonra bu haqda düşündüm və fikrimi dəyişdim. Bunun üçün kimsə mənə təzyiq göstərmədi. Hər şeyi öz istəyimlə etdim”.

AFFA Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsini məlumatlandıracaq. Futbolçu federasiyanın qərarını müsbət qarşıladığını bildirib: “Bu, çox yaxşı haldır. Qoy, insanlar bilsinlər ki, futbol sadəcə bir oyundur".

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.11.2017

11:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:07  "Qəbələ" "Kəpəz" səfərində - YENİLƏNİR

24.11.2017

23.11.2017

02:13  PSJ - “Seltik” - 7:1 VİDEO

22.11.2017

20:08  "Qarabağ" - "Çelsi" - HEYƏTLƏR

02:37  APOEL - “Real” - 0:6 VİDEO

21.11.2017

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. Keşlə 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10Keşlə 0-2Qarabağ
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ