"Qəbələ" Türkiyədə 2-ci oldu

09.11.2017 | 327 dəfə oxunub

Türkiyədə keçirilən “Limra Cup” turnirinə yekun vurulub. Stadium.az xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə İstanbulun “Beşiktaş” klubu ilə qarşılaşıb. 

Bu matçadək hərəyə 5 qələbə qazanan rəqiblərin görüşünün taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn meydan sahibləri turnirin qalibi adını qazanıb. 7 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 6 matçda 15 xal toplayan “Qəbələ” 2-ci yeri tutub. 3-cü pilləyə isə Azərbaycanın digər komandası “Təhsil” yiyələnib. "Qəbələ"nin futbolçusu Ziya Şəkərxanov turnirin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.

Xatırladaq ki, Rüstəm Məmmədovun komandası Türkiyə turnirinin son turunadək yerli klublardan “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0, “Kəmər Kartalları”nı 6:0, həmçinin “Təhsil” və Rusiya “Lokomotiv”ini eyni – 1:0 hesabı ilə məğlub edib.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.11.2017

11:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:07  "Qəbələ" "Kəpəz" səfərində - YENİLƏNİR

24.11.2017

23.11.2017

02:13  PSJ - “Seltik” - 7:1 VİDEO

22.11.2017

20:08  "Qarabağ" - "Çelsi" - HEYƏTLƏR

02:37  APOEL - “Real” - 0:6 VİDEO

21.11.2017

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 1 1 17:4 25  
2. Zirə 11 7 3 1 19-8 24  
3. Qəbələ 11 7 1 3 16:11 22  
4. Sumqayıt 11 5 1 5 14:15 16  
5. Neftçi 11 4 1 6 12-11 13  
6. Səbail 10 3 0 7 6-16 9  
7. Keşlə 11 2 2 7 8:17 8  
8. Kəpəz 11 2 1 8 7-17 7  
15.10Səbail ---Neftçi
14.10Sumqayıt 0-1Qəbələ
14.10Zirə 3-0Kəpəz
13.10Keşlə 0-2Qarabağ
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ