Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir

17.11.2017 | 2036 dəfə oxunub

"Qəbələ" klubunun futbolçusu Filip Ozobiçə Azərbaycan vətəndaşlığı təklif olunub. Stadium.az xəbər verir ki, bu barədə xorvatiyalı yarımmüdafiəçinin özü yerli "24 sata" nəşrinə açıqlamasında bildirib. 

26 yaşlı oyunçu belə bir ideya barədə özünün də eşitdiyini söyləyib. Lakin o, vətəndaşlıq almaq üçün Azərbaycanda 5 il yaşamasının vacibliyini vurğulayıb: 

"Mən cəmi 2 ildir buradayam. Amma daha çox qalaraq, vətəndaşlıq almağa etiraz etməzdim. Niyə də yox? Şərait əladır. Klub da kiçik Dubayı xatırladan Bakıya köçüb. Burada xeyli neft, çoxlu yeni bina var. Formula 1 yarışı da keçirilir. 10 min nəfərlik kiçik şəhər olan Qəbələyə oyundan bir gün əvvəl gedir və klubun bazasında gecələyirik. Hansı ki, belə baza Xorvatiyada yoxdur. Klubun sahibi bizə jest etdi. Bakıda qalmaq Qəbələ ilə müqayisədə xeyli rahatdır".

"Azərbaycan Premyer Liqası Xorvatiya çempionatından bir qədər zəifdir. "Qarabağ" və "Qəbələ" "Hayduk"la Zaqreb "Dinamo"su kimidir. Qalan bütün komandalar isə aşağı səviyyəlidirlər. Lakin çempionat normaldır və burada yaxşı oyunçular çıxış edir" deyən Ozobiç Azərbaycanda Xorvatiya çempionatının da yayımlandığını və bunun inanılmaz olduğunu vurğulayıb. O, səbəb kimi Robert Prosineçki amilini göstərib: 

"Prosineçki Azərbaycan millisinə rəhbərlik etdiyi vaxt hamı onun gördüyü işlərdən şoka düşmüşdü. Bu mütəxəssis Azərbaycan futbolu üçün əla işlər gördüyündən, onu bütün anlamlarda razı salmağa çalışırdılar. Bəli, həqiqətən də Xorvatiya çempionatı burada yayımlanırdı (gülür - red.). İnana bilmirdim". 

Rəfiqəsi Niveslə birgə yeni mühitə öyrəşdiyini deyən Ozobiç Bakının tıxaclarından şikayətlənib: 

"Tıxaclar dəhşətlidir. Yollarla elə hərəkət edirlər ki, bunu heç yerdə görməmişəm. Onlar üçün heç bir zolaq qayda və işarə yoxdur. Hamısı eyni vaxtda qaydaları pozur. Düşünmürəm ki, burada özüm maşını idarə edə bilərəm. Ona görə də çox ucuz olan taksidən yararlanıram. Bilmirəm qiymətləri necə ifadə edim. Yanacağın bir litri 3 kundursa, fikrimcə, hər şey aydındır".

Bir müddət zədəli olan legioner "Qəbələ" ilə yeni müqavilə bağlamasının mümkünlüyünü də açıqlayıb: "Hazırkı müqaviləm mövsümün sonunadəkdir. Amma artıq anlaşmanın uzadılması istiqamətində danışıqlara başlamışıq. Hesab edirəm ki, komandada qalacağam".

Qeyd edək ki, Filip Ozobiç "Qəbələ"yə 2016-cı ilin yayında keçib. (Sportnet.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2018

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

11:25  "Srvena Zvezda" - PSJ 1:4 VİDEO

11.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi