Ayxan Abbasov: "Həmin vaxt da demişdim ki..." - MÜSAHİBƏ

18.11.2017 | 5663 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün vacib qələbə idi. İki ardıcıl qələbədən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi. Amma futbolçular yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla oyun həmişə çətin olur. "Keşlə”ni yaxşı analiz etmişdik. 

- 13 günlük fasilənin komandaya təsiri necə oldu?

- Fasilənin komandaya xeyri də oldu, ziyanı da. Məncə, bizim komandaya xeyri daha çox oldu. "Neftçi” və "Qəbələ” ilə oyunlardan sonra komandaya istirahət lazım idi.

- "Zirə” sanki mövsümün əvvəli ilə müqayisədə daha zəif təsir bağışlayır...

- Komandanın oyununda geriləmə yoxdur. Sadəcə, rəqiblər artıq bizi yaxşı analiz edir. Həm də mövsümün əvvəlində biz çempionata daha yaxşı hazırlaşmışdıq.

- Yayda fiziki yüklənməni avrokuboklara uyğun keçmişdiniz, yoxsa çempionat oyunlarını da düşünmüşdünüz?

- Həmin vaxt da demişdim ki, biz təkcə Avroliqanı yox, çempionata haızrlığı da düşünmüşdük. Bunun da nəticəsində hələ də yüksək pillələrdə qərarlaşmışıq.

- Qarşıda "Qarabağ”la oyun var...

-  "Qarabağ” Azərbaycan futbolunun brendidir. İlk dövrənin oyununda futbolçularım sübut etdilər ki, bu komandaya qarşı oynamaq mümkündür. "Qarabağ”ın hətta ehtiyat oyunçuları da digər komandalarda lider ola bilərlər. Bizi çətin oyun gözləyir. "Qarabağ"la görüşə yaxşı hazırlaşmağa çalışacağıq. Öz meydanımızda oynayacağıq. Çalışacağıq ki, bu üstünlükdən yararlanaq.

- Təmkin Xəlilzadənin əvəzlənməsinə səbəb nə idi?

- O, bu gün verilən tapşırqları yerinə yetirdi. Ancaq ikinci hissədə rəqib uzun toplardan çox istifadə edirdi. Buna görə daha təcrübəli Aleksandr Şemonayevi meydana buraxdım. Həm də Təmkin bir qədər yorulmuşdu.

- Xəlilzadəyə daha çox yarımmüdafiə, yoxsa müdafiədə şans verməyə üstünlük verirsiniz?

- Bu, rəqibin kimliyindən asılı olaraq dəyişir. Özü daha çox yarımmüdafiədə oynamaq istəyir. Ancaq həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı təsir bağışlayır. Ümid edirəm ki, gələcəkdə yığmaya çox xeyri dəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail