"Qarabağ" ardıcıl 5-ci qış çempionnudur

05.12.2017 | 568 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün qış çempionu müəyyənləşib. Stadium.Az xəbər verir ki, ilk yarının son turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 2017-ci ili zirvədə başa vurub.

Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun yetirmələri qış fasiləsinə hamıdan öndə yollanıb.

Bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə 6-cı qış çempionluğudur. Ağdam təmsilçisi liderliyini sonadək qoruya bilmədiyi 2004/05 mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərində də qış fasiləsinədək olan bölümü 1-ci pillədə başa vurub.

Payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz”lə “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər Lənkəran” 1 dəfə fasiləyə lider kimi yollanıb. (PFL)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.02.2018

16:54  "Səbail" - "Qarabağ" - HEYƏTLƏR

14:43  "Kəpəz" - "Keşlə" - HEYƏTLƏR

13:57  "Cenoa" - "İnter" - 2:0 VİDEO

17.02.2018

17:40  "Sumqayıt" - "Neftçi" - HEYƏTLƏR

14:47  "Çelsi" - "Hal Siti" 4:0 VİDEO

14:33  “Qəbələ” - "Zirə" - HEYƏTLƏR

12:54  Əvəzləndi, ağladı - FOTO

16.02.2018

13:21  "Sumqayıt"da ayrılıq - Prezident getdi

12:47  "Neftçi"də şok istefa - Prezident ayrıldı

   
  O Q H M T-f X
1. Qarabağ 16 13 2 1 26:6 41  
2. Qəbələ 16 11 2 3 30:15 35  
3. Zirə 16 9 4 3 25-14 25  
4. Sumqayıt 16 7 3 6 20:18 24  
5. Neftçi 16 6 1 9 18-18 19  
6. Səbail 16 4 2 10 10-23 14  
7. Keşlə 16 3 3 10 11:25 12  
8. Kəpəz 16 2 1 13 10-31 7  
18.02Kəpəz 0-1Keşlə
18.02Səbail 0-1Qarabağ
17.02Qəbələ 2-1Zirə
17.02Sumqayıt 2-0Neftçi
24.02Neftçi -Zirə
24.02Səbail -Qəbələ
25.02Keşlə -Sumqayıt
25.02Qarabağ -Kəpəz