Maksim Medvedev: "...bu bizim üçün əla nəticədir"

06.12.2017 | 377 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analiz etmişdi. Topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma  əsas oyunçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qol imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq.

 
- Çempionlar Liqası geridə qaldı. Komandanın turnirdəki iştirakını necə dəyərləndirirsən?

 
- Çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olunurdu ki, komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıq və bu bizim üçün əla nəticədir. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdə yenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə daha yaxşı komandalarla eyni qrupa düşəcəyik və öz sözümüzü deməyə nail olacağıq.
 
- 6 oyunu səciyyələndirsək, ən zəif və ən güclü oyununuz hansıdır?
 
- Ən zəif oyunumuzu səfərdə "Çelsi"yə qarşı oynadıq. Çünki ilk oyun idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizə imkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə "Atletiko"ya qarşı keçirdik, qol vura bildik.
 
- 3 böyük klubun stadionunda oynadınız. Hansı klubun stadionu sizin üçün rahat idi?
 
- Əlbəttə ki, öz stadionumuz. Həqiqətən də Bakıda atmosfer əla idi. Bundan başqa, "Atletiko"nun stadionu xoşuma gəldi. Yeni stadion idi və orada hava çox yaxşı idi.
 
- Qara Qarayev formasını De Rossi ilə dəyişdi. Bəs sən?
 
- Belə deyim, hələ ki, heç kimlə forma dəyişməmişəm. Sanki elə şey etməyə utanıram. Məndə o həvəs yoxdur.
 
- Bəs həmin formaları nə edirsən?
 
- Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki, azarkeşlərə verim, onların motivasiyası olsun və gələn oyunlarımıza da gəlsinlər.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2017

18:30  "Sumqayıt" - "Qarabağ" - HEYƏTLƏR

15:34  "Səbail" - "Qəbələ" - HEYƏTLƏR

11:46  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.12.2017

18:21  "Neftçi" - "Zirə" - HEYƏTLƏR

12:37  "Kəpəz" - "Keşlə": - HEYƏTLƏR

12:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:35  "Strasburq" - PSJ 2:4 VİDEO

02:02  "Milan" - "Verona" 3:0 VİDEO

01:52  "Bavariya" - "Köln" 1:0 VİDEO

13.12.2017

12:35  "Çelsi"nin qələbəsi VİDEO

12.12.2017

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ