"Futbolçularda özünəinam hissi qayıdıb"

10.12.2017 | 5056 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov komandasının bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldiyi oyunu şərh edib.

Stadium.Az xəbər verir ki, matçndan sora keçirilən mətbuat konfransında R.Məmmədov bildirib ki, futbolçuları qələbə qazanmaq üçün bacardıqlarını ediblər.

“Birinci hissədə vacib olan qolları vurduq. “Kəpəz” top saxlamağı sevən komandadı. Futbolçuları bu baxımdan xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra “Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını qorudular.
Biz Nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə dəyişikliklər etmək çətindir. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdilər. Əvəzedici heyətdən gələnlər hazır olduqlarını bizə göstərirlər. Kim yaxşı oynayırsa, meydan onundur.

İrəliyə baxmaq lazımdır. Komandamız yavaş-yavaş öz oyununu tapmaq üzrədir. Futbolçularda özünəinam hissi qayıdıb. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram” – deyə R.Məmmədov bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail