“Fənərbaxça” Robin Van Persini pulsuz göndərməyə hazırdı

12.12.2017 | 2349 dəfə oxunub

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Robin Van Persi karyerasını ABŞ-da davam etdirə bilər.
Stadium.Az xəbər verir ki, 34 yaşlı forvardın xidmətində MLS təmsilçisi “Los Angeles Qalaksi” maraqlıdır.

ABŞ klubu mövsümün sonunda “Fənər”lə müqavilə müddəti bitəcək hollandiyalı futbolçu üçün İstanbul təmsilçisinə rəsmi müraciət edib. 

“Fənərbaxça”nın cari mövsümdə az şans qazanan Ven Persini göndərməyin əleyhinə olmadığı deyilir. Belə ki, “sarı-lacivərdlilər” illik maaşı 4,9 milyon avro, oyun başına qonorarı isə 20 min avro olan hücumçunu göndərməklə əlavə xərclərdən azad olmaq istəyir.

Buna görə, türklərin Van Persinin qışda Los Ancelesə yollanmasına mane olmayacağı və pul istəməyəcəyi qeyd edilib. Belə olacağı halda, futbolçunun mövsümün ikinci yarısındakı maaşını məhz “Qalaksi” ödəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2018

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

11:25  "Srvena Zvezda" - PSJ 1:4 VİDEO

11.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi