Messi: "Yaşım artdıqca meydanda da böyüyürəm" - MÜSAHİBƏ

13.12.2017 | 1176 dəfə oxunub

"Barselona" və Argentina millisinin hücumçusu Lionel Messi FİFA-nın saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, ulduz futbolçu geridə qalan seçmə mərhələ və 2018-ci il dünya çempionatı ilə bağlı sualları cavablandırıb.

- Qarşıdakı dünya çempionatında Argentina millisi Almaniya və Braziliya kimi komandalarla müqayisədə hansı yerdədir?

- Rusiyada yaxşı formada olacağıq, oyun baxımından artırmağa davam edirik. Biz layiq olmadığımız və ya gözləmədiyimiz şeylərdən keçdik. Əvvəllər Venesuela və Perunu asanlıqla məğlub edirdik. İmkan yaransa, sonda etdiklərimizi bir daha təkrarlamazdıq. Argentina seçmə mərhələnin son 4 oyununa yeni məşqçinin rəhbərliyi altında çıxdı. Artıq Ekvadorla oyun geridə qalıb və milli komanda inkişaf yolunu tutub. Biz inkişaf edərək qarşıya qoyulmmuş məqsədə çatmamaq təhlükəsi səbəbindən üzərimizdə olan təzyiq və həyəcandan yaxa qurtaracağıq. Bizim komanda xeyli dəyişəcək.

- Çilinin dünya çempionatına vəsiqə qazanmaması sizi təəccübləndirdi?

- Başqaları kimi mən də təəccübləndim. Çili son 2 Amerika Kubokunun qalibidir. Onların heyətində yaxşı oyunçular çoxdur. Çilinin dünya çempionatından kənarda qalması Cənubi Amerika zonasında seçmə mərhələnin necə çətin keçdiyini göstərir. Heç bir rəqib asanlıqla təslim olmur. Boliviya, Venesuela, Ekvador, Kolumbiya, Braziliya səfərində qalib gəlmək asan məsələ deyil. Komandalar arasındakı fərq azalmaqdadır.

- 2014-cü il Braziliya mundialının yaraları sağalır?

- Xeyr. Onların nə vaxtsa sağalacağını deyə bilmərəm. Bu artıq həmişəlikdir. Bu yaralarla yaşamağa öyrəşməliyik. Dünya çempionatı sevincli andır. Eyni zamanda turnirin məhz belə başa çatması insana ağırdır.

- 30 yaşın tamam olanda özünü necə hiss etdin? Bu yaşda özünü necə görürdün?

- Düzü, bu barədə heç vaxt düşünməmişəm. Amma şəxsi həyatım və karyeramdan tamamilə məmnunam. Meydanda və ondan kənarda yaxşı formadayam.

- Zaman keçdikcə çox şey dəyişir. Sənin oyunun da dəyişib?

- Əlbəttə. Sən böyüyürsən və vaxt keçdikcə yeni şeylər əldə edərək irəli gedirsən. Yaşım artdıqca meydanda da böyüyürəm.

- DÇ-2018-in seçmə mərhələsində Ekvadorla həlledici oyun milli karyeranda hansə əhəmiyyəti daşıyırdı?

- Çox əhəmiyyəli idi. Dünya çempionatında kənarda qalmaq bütünlükdə komanda və şəxsən mənim üçün böyük uğursuzluq olardı. Bilmirəm, buna necə davam gətirərdim. Eyni şey Argentina xalqına da aiddir. Mundiala vəsiqədən məhrum olmaq ölkənin tarixində ən pis hadisələrdən biri ola bilərdi.

- Argentina dünya çempionatına çıxandan sonra komandanın baş məşqçisi Xorxe Sampaoli demişdi ki, futbol Messiyə dünya kuboku borcludur..

- Eşitmişəm. Eyni sözləri mənə də demişdi. Ümid edirəm ki, hər halda futbol mənə borcunu qaytarar (gülür).

- Dünya çempionatından söhbət gedərkən sənə bir tapşırığımız da var. Cümləni tamamla, 2018-ci ildə Lionel Messi...

- Üçüncü dəfə ata olacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2018

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

11:25  "Srvena Zvezda" - PSJ 1:4 VİDEO

11.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi