Ramiz Məmmədov: "... mənim qərarımdan çox şey asılıdır"

14.12.2017 | 1224 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə cavab görüşündən (3:2) sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyunun məsuliyyətini hiss edirdik. İlin son matçı idi. İki hissədən ibarət olan oyun oynadıq. Birincini 2:0 hesabı ilə udmuşduq. Amma buna arxayınlaşmaq olmazdı. Kimin başçılıq etməsindən asılı olmayaraq, “Kəpəz” həmişə rəqiblər üçün keçilməz sədd olub. Bu gün müəyyən qədər tənəzzüldə olsa da, inanıram ki, Gəncə futbolu tezliklə layiqli yerini tutacaq. Uşaqlara alqış düşür. Verdiyim tapşırıqları layiqincə yerinə yetirdilər.

- Oyundan öncə mətbuatda söz-söhbətlər gəzirdi ki, bu, Ramiz Məmmədovun “Keşlə”nin sükanı arxasında sonuncu oyunu olacaq. Bununla bağlı Zaur müəllimə də sual vermişdik. Dedi ki, bir həftəyə kimi idarə heyətinin iclası olacaq. Orada hər şeyə aydınlıq gələcək. Siz özünüz necə düşünürsünüz, rəhbərlik sizə etimad göstərəcək, yoxsa... ?

- Komandaya yeni gələndə də demişdim ki, mənə 4 oyunluq tapşırıq verilib. Hansı klubda işləməyimdən asılı olmayaraq, bütün rəhbərlərin qərarlarına hörmətlə yanaşmışam. Qarşıma nə məqsəd qoyulmuşdusa, bacardığımı etdim. Bundan sonrakı qərar rəhbərliyindir. Hansı qərarı versələr, buna uyğun hərəkət edəcəm.


- Zaur Axundov deyib ki, dəyişiklik olsa belə, Ramiz Məmmədov klubda qalacaq...

- Bunu gələcək göstərəcək. Klub rəhbərliyi ilə söhbətimiz olacaq. Əvvəl onların, sonra da mənim qərarımdan çox şey asılıdır.

- Sizə də elə gəlmirmi ki, Ramiz Məmmədov neçə illərdir Azərbaycan futbolunda örtülü qalmış sandığı açdı...

- Belə deməzdim. Həmişə işimə çox məsuliyyətli olmuşam. Oyunun analizləri də göstərirdi ki, bəzi uşaqlar potensiallarından aşağı səviyyədə çıxış edir. Bunu edən Ramiz Məmmədov yox, Allahdır. Burada heç bir yenilik olmadı. Səhnəarxası nə var idisə, hamısını ortalığa Allah çıxardı. Yəqin ki, bundan sonra təkrar olunmaz. Hamı ləyaqətlə öz çörəyini qazanar.

- Bu gün gənclərə daha çox şans verdiniz. İnanırsınız ki, “Keşlə” bu futbolçularla gələcəkdə daha yüksək yerlər uğrunda mübarizə aparacaq?

- Bu gün həqiqən “Keşlə”nin aşağı yaş qruplarında çox yaxşı futbolçular yetişməkdədir. Estafeti bir-birilərinə layiqincə ötürürlər. Biz bu uşaqlara vaxtında inanmalı, dəyər verməliyik.  Onlara şans verməliyik ki, gələcəkdə Azərbaycan futboluna xeyir versinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

11:15  "Arsenal"ın qələbəsi VİDEO

23.09.2018

23:00  "Milli futbolçu belə etməməlidir" - Qurban Qurbanov

21:36  "Daha yaxşı oynaya bilərik" - Nazim Suleymanov

20:02  "Qarabağ" - "Qəbələ" -HEYƏTLƏR

18:13  "Keşlə" - "Sumqayıt" - Heyətlər

13:37  "Ronaldodan asılı deyilik" - Alleqri

02:35  "Səbail" - "Sabah" - Geniş icmal VİDEO

22.09.2018

23:08  "Qovulmasam bəlkə də uduzmazdıq" - Samir Abasov

22:43  "Getdikcə daha da artırmalıyıq" - Aftandil Hacıyev

21:33  Hər iki baş məşqçi tribunaya qovuldu - "Zirə" - ""Neftçi" oyununda

20:24  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

18:25  "Səbail" - "Sabah" -HEYƏTLƏR

14:47  2 günə 10min bilet - "Qarabağ" - "Arsenal" oyunu

11:58  Sakit şəhər Lissabon - Yazı

11:47  "Qarabağ" - "Qəbələ" - 48-ci duelə doğru

21.09.2018

18:36  "Bir az vaxta ehtiyac var" - Karikari

18:34  4-cü tura yekun vuruldu - Birinci divizion

15:23  "Qarabağ"da xoşbəxtəm" - Slavçe

15:08  "Qarabağ" çox yaxşı oynadı - "Sportinq"in futbolçusu

09:56  "Qarabağ" Bakıda - Foto

09:52  "Əsas odur komandaya xeyir verəsən" - Rəşad Sadıqov

02:00  "Gerye yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz" - "Sportinq"in baş məşqçisi

00:53  "Qarabağ" uduzdu - Yenilənib

20.09.2018

10:37  "Real"ın rahat qələbəsi - VİDEO

19.09.2018

23:00  "Son ana qədər döyüşəcəyik" - Filip Ozobiç

   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə