“Sumqayıt”ın Türkiyədə oynayacağı daha iki rəqibi bəlli olub

15.12.2017 | 540 dəfə oxunub

“Sumqayıt”ın Türkiyə toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha 2 rəqibinin adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Antalyada ümumilikdə 4 görüşdə qüvvəsini sınayacaq. 

Samir Abasovun yetirmələri qardaş ölkəyə yanvarın 21-də yola düşəcəklər. Fevralın 4-də isə komanda Azərbaycana qayıdacaq. Rəqiblərdən birinin “Anji” olduğu açıqlanmışdı. Lakin Rusiya təmsilçisi ilə oyun mahaçqalalıların rəsmi saytında göstərilən tarix - yanvarın 22-də keçirilməyəcək. Bu görüş yanvarın 31-də baş tutacaq.

“Sumqayıt” yanvarın 28-də Makedoniya klubu “Akademiya Pandev”lə üz-üzə gələcək. Adıçəkilən komanda ölkə çempionatında 4-cü pillədə qərarlaşıb. Sumqayıtlıların toplanış çərçivəsində sonuncu sparrinq rəqibi isə “Mladost” olacaq. Serbiya klubu ilə qarşılaşma fevralın 3-də keçiriləcək. “Mladost” ölkə çempionatında 16 komanda arasında 9-cudur. “Sumqayıt”ın yoxlama matçı keçirəcəyi komandalardan yalnız birinin adına hələ tam aydınlıq gəlməyib.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ