Samir Əliyev: "Ağır məğlubiyyətdir"

15.12.2017 | 3523 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunundan (2:4) sonra keçirilən mətbuat konfransında jurnalistl'rin suallarını cavablandırıb:

- Ağır məğlubiyyətdir, 4 top buraxdıq. Danışmaq çətindir. Oyundan sonra uşaqlara 5 ayda keçdiyimiz yola görə təşəkkür etdim. “Qəbələ” çox güclü rəqib idi. Bu gün “Qəbələ” kimi komandalarla eyni səviyyədə mübarizə aparmağa hazır deyilik. Eyni sayda qol vəziyyəti yaratsaq da, ustalıq sonda öz sözünü dedi.

- Demək olar ki, bəzi oyunçuların şans limiti bitdi?

- Belə deməzdim. İstərdim ki, oyunçulara daha çox şans verək. Kim az, kim çox oynadı, oturub nəticə çıxaracağıq. Gələn və gedənlər olacaq. Çalışacağıq daha yaxşı hazırlaşaq, qol vəziyyətlərindən düzgün yararlanaq.

- Rəqib 3, siz isə 5 müdafiəçi ilə oynayırdıniz...

- Yaxşı sualdır. Ancaq “Qəbələ” 3 yox, 4 müdafiəçi ilə oynayırdı. İstərdim ki, gələcəkdə belə mövzulara çox toxunulsun. İkinci hissədə 4-3-3-ə keçdik. Çalışdıq etibarlı oynayaq və qol vuraq. Bəzən işlər planlaşdırdığınız kimi getmir.

- Standart vəziyyətlər zamanı ucaboy oyunçular arxada qalırdılar. Bu nə ilə bağlıdır?

- Təkcə Madonu arxada saxlayırdıq. Çünki o, başla yaxşı oynaya bilmir. Nurlan Novruzov balacadır deyə, müdafiəyə çəkə bilmərəm. Ən azı irəlidə mübarizə aparırdı.

- İlk dövrədə ən problemli mövqeyiniz kimi hansını qeyd edərdiniz?

- Bütün mövqeləri gücləndirmək istərdik. Mərkəz və cinah hücumçularının daha keyfiyyətli olmasını istəyirik. Bəlli büdcəmiz var, buna uyğun oyunçular gətirməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail