"Qəbələ"dən ayrılan futbolçu: "Ora xoşuma gəlmədi”

06.01.2018 | 2324 dəfə oxunub

“Ötən yay Almaniyada keçirdiyim 3 ildən sonra Azərbaycana, “Qəbələ” klubunda oynamağa getdim. Maliyyə baxımından sərfəli olan 3 illik müqavilə bağladım. Lakin ora elə də xoşuma gəlmədi”.

Bunu “Qəbələ”nin futbolçusu Deyv Bultuis qış fasiləsində Azərbaycan təmsilçisi ilə yollarını ayırmasına münasibət bildirərkən lc.nl saytına deyib.

28 yaşlı hollandiyalı sol cinah müdafiəçisi vətənində “Herenven”lə razılığa gəldiyi üçün sevindiyini ifadə edib. O bildirib ki, ailə vəziyyətinə görə evinə qayıtmaq istəyib: “Mənim 14 aylıq uşağım var. Ancaq son 6 ayda onu 3-4 dəfə görmüşəm. Bu, həddindən artıq azdır. Sadəcə olaraq, evə qayıtmaq istəyirdim. "Qəbələ"də istədiyim kimi çıxış edə bilmədi. "Herenven"lə danışığımız isə yaxşı keçdi və müsbət yekunlaşdığı üçün sevinirəm. Son 6 ayda çox az matçda iştirak etmişəm. Lakin iki həftə məşq etdikdən sonra formamı bərpa edəcəyəm”.

Bu gün 2,5 illik müqaviləyə qol çəkəcək Deyv Bultuis yanvarın 6-da hazırda İspaniyada təlim-məşq toplanışında olan “Herenven”nin düşərgəsinə yollanacaq. O, "Qəbələ" ilə 2017-ci ilin yayında 3 illik müqavilə bağlasa da, cari mövsümün ilk yarısında cəmi 4 oyuna çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Sportinq"ə keçidim yanlış idi" - "Qarabağ"ın futbolçusu
Futbolumuzda əcnəbi sədr - Xaqani Məmmədov göndərildi
"Qarabağ"da ciddi itki - "Sportinq"ə qarşı oynamayacaq
"CBC Sport"dan örnək addım - Oyunlar həm də "İdman Tv"də yayımlanacaq
Son xəbərlər

19.09.2018

18.09.2018

18:16  "Qarabağ" yola düşür - Foto

13:59  4-cü turun oyun cədvəli - Birinci Divizion

13:48  5-ci turun oyun saatları açıqlandı - Premyer Liqamız

12:00  "Zirə" - "Neftçi" - başlanma saatı məlum oldu

17.09.2018

16.09.2018

00:52  "İnter" - "Parma" 0:1 VİDEO

00:51  "Bavariya" - "Bayer" 3:1 VİDEO

00:39  "Nyukasl" - "Arsenal" 1:2 VİDEO

15.09.2018

20:23  "Çelsi" - "Kardif" 4:1 VİDEO

20:03  "Səbail" - "Zirə" -HEYƏTLƏR

18:51  PSJ - "Sent Entien" 4:0 VİDEO

00:29  "Zirə"də itki

14.09.2018

23:18  "Azərbaycanın ən böyük klubundayam" - Araz Abdullayev

22:30  "Komandadan razı qaldım" - Nazim Suleymanov

21:51  "Qarabağ" qələbə qazandı - YENİLƏNİB

19:28  "Qarabağ” - "Sumqayıt” - HEYƏTLƏR

19:14  3-cü tura yekun vuruldu - Birinci Divizion

18:31  "CBC Sport"dan örnək addım - Oyunlar həm də "İdman Tv"də yayımlanacaq

14:32  Futbolumuzda əcnəbi sədr - Xaqani Məmmədov göndərildi

13.09.2018

20:00  3-cü tura 3 oyunla start verildi - Birinci divizion

   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə