Koutinyo: "Ailəm olmasaydı, ola bilsin, "Barselona"ya keçməyəcəkdim"

10.01.2018 | 261 dəfə oxunub

"Barselona"nın yeni transferi Filippe Koutinyo klubunu dəyişməsi haqqında danışıb. Stadium.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu qərarında ailəsinin vacib rol oynadığını qeyd edib:

"Ailəm olmasaydı, ola bilsin, "Barselona"ya keçməyəcəkdim. Təqdimat mərasimində onların çox xoşbəxt olduğunu gördüm. "Kamp Nou"nun qazonuna çıxanda mənə klubun formasını verdilər. Ailəmin çox sevincli olması mənim üçün vacibdir.

Futbol mənə həyatda hər şey verib. Onun sayəsində təhlükəsiz ölkədə yaşayıb ailəmə kömək edə bilərəm.

"Vasko da Qama"dan sonra Milana gəldim. Orda peşəkar futbolçu olduğumu anlamağa başladım. 16 yaşımda "İnter"lə müqavilə imzaladım. Avropaya ilk dəfə gələndə çox həyəcanlı idim. Fərqli ölkədə fərqli mədəniyyətlə əhatə olunmaq bizim üçün çətin idi. Ailəm sadə yaşayıb. Onlardan ayrı qalsaydım, ölərdim.

"Espanyol"da oynadığım vaxt 6 ay Barselonada yaşamışam. Bura gözəl şəhərdir. Barselonaya uzun müddətə gəlmişəm, şəhərin tarixini öyrənmək istəyirəm. "Liverpul"da Stiven Cerrard mənə çox kömək etdi. Ondan çox şey öyrəndim.

Luis Suarezlə eyni komandada oynamağa şadam. O, mənim dostumdur. İspan dilində o qədər də yaxşı danışmıram. Amma Luisin sayəsində bu dili başa düşürəm".

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.01.2018

17.01.2018

16.01.2018

15.01.2018

14.01.2018

   
  O Q H M T-f X
1. Qarabağ 14 12 1 1 25:6 37  
2. Qəbələ 14 10 1 3 28:14 31  
3. Zirə 14 9 3 2 23-11 24  
4. Sumqayıt 14 6 2 6 17:17 20  
5. Neftçi 14 5 1 8 17-16 16  
6. Səbail 14 4 1 9 9-21 13  
7. Keşlə 14 2 2 10 9:24 8  
8. Kəpəz 14 2 1 11 10-29 7  
26.11Zirə 2-3Qarabağ
26.11Sumqayıt 0-0Səbail
25.11Kəpəz 1-6Qəbələ
25.11Neftçi 3-1Keşlə
20.10Səbail -Keşlə
21.10Sumqayıt -Zirə
21.10Kəpəz -Neftçi
22.10Qəbələ -Qarabağ