Tərlan Əhmədov: "Qələbə gözləyirdim"

24.02.2018 | 1189 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XVII turunda öz meydanında “Zirə” ilə heç-heçə etdikləri oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün komandanın oyunundan razı qaldım. Xüsusən də, ikinci hissədə yaxşı çıxış etdik. Bu gün hücum futbolu oynadıq və qolu əks-hücumdan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə etdik. Deyərdim ki, bu gün 2 xal itirdik.

- Nəticə ürəyinizcə olmadı?

- Yox. Açığı, qələbə gözləyirdim. Amma bununla da razılaşmalıyıq.

- “Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun səbəbi nədi?

- Hər halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular istədiyim kimi çıxış etdilər. Qələbə daha yaxşı olardı. 1 xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik.

- Yeni transferlər özlərini doğrutmurlar. Onları yayda göndərmək barədə düşünmürsünüz?

- Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər tərəfindən sevilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.

- “Zirə”nin əsas üzvləri oynamırdı, amma yenə qalib gələ bilmədiniz. Üstəlik, rəqib də azlıqda qaldı...

- Bəli, hər iki komandanın heyətində itkilər var idi. Ömər Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə ümid var.

- Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Uqo Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer etmisiniz?

- “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var idi.

- Növbəti matçınızı “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları hazırlamaq çətin olmayacaq?

- Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə görə hazırlıq planı var. “Qəbələ” ilə matça bütün görüşlərə hazırlaşdığımız kimi, hazırlaşacağıq. Hələ kubok uğrunda oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz maraqlı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.06.2018

21:21  Serbiya – İsveçrə - HEYƏTLƏR

18:19  Nigeriya – İslandiya - HEYƏTLƏR

15:17  Braziliya – Kosta Rika - HEYƏTLƏR

21.06.2018

23:34  Fransa – Peru 1:0 VİDEO

21:23  Argentina – Xorvatiya - HEYƏTLƏR

18:23  Fransa – Peru - HEYƏTLƏR

16:06  Messi ağlayır

15:23  Danimarka - Avstraliya - HEYƏTLƏR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

21:17  İran - İspaniya - HEYƏTLƏR

18:30  Uruqvay - Səudiyyə Ərəbistan - HEYƏTLƏR

15:22  Portuqaliya - Mərakeş - HEYƏTLƏR

02:39  Seneqalın qələbəsi VİDEO

01:36  Misirin məğlubiyyəti VİDEO

19.06.2018

23:22  Yaponiyanın qələbəsi VİDEO

15:51  Kolumbiya Yaponiya - heyətlər

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail