Quardiola: "Federasiyada bilirlər ki, onu çıxarmayacam"

26.02.2018 | 4885 dəfə oxunub

İngiltərə Futbol Assosasiyası (FA) "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiolanı cəzalandıra bilər. Stadium.Az xəbər verir ki, bunun səbəbi gənc mütəxəsisin İspaniyada həbs olunan katalon siyasi fəalların şərəfinə sarı lent taxmasıdır.

Quardiola 3 aydan çox geyimində gəzdirdiyi bu emblemi çıxarmaq fikrində olmadığını deyib:

"Federasiyada bilirlər ki, onu çıxarmayacam. UEFA-nın bununla bağlı fərqli mövqeyi var. Onlar hörmətlə mənə dedilər ki, istədiyim qədər onu gəzdirə bilərəm.

İngiltərədə, deyəsən, işlər başqa cürdür. İngilislər bunun nə demək olduğundan xəbərdardır. Sizin "Brexit" (red. Avropa İttifaqından çıxmaq) və Şotlandiyanın müstəqilliyi ilə bağlı referenduma öz yanaşmanız var. Artıq 145 gündür həbsxanada olan insanlar da bunu etməyə çalışırdı.

Məhkəmə insanın təqsirini sübuta yetirməyənə kimi o günahsızdır. Humanist bir şeyə tərəfdar olmaq cinayət deyil. Qaydanı pozmuşamsa, cəriməyə razıyam. Mən sadə adamam. Polis tərəfindən Kataloniyada saxlanılan adamlarda silah olmayıb. Bizim silahımız referendumdakı səslərimizdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail