"Bu iki futbolçunu bütün gənclərə nümunə göstərərdim" - Qurban Qurbanov

07.03.2018 | 1204 dəfə oxunub

Millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın bugünkü Hesabat Konfransındandan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- AFFA İcraiyyə Komitəsindəki işinizi davam etdirəcəksiniz?

- Keçən dəfə də bu məsələ müzakirə olundu. Bu işdən uzaqlaşmaq istəyirdim. Tövsiyyə olundu ki, qalım. Ona görə də hələ işimə davam edirəm. Bu gün bu haqda müzakirə olunmadı.

- Ufuk Budakın oyununu izləmək üçün köməkçini Türkiyəyə göndərmişdiniz. Futbolçu meydana çıxmadı. Elçin Rəhmanov Türkiyədə qalıb, Ufukun oyununu izləyəcək, yoxsa geri qayıdacaq?

- Şərt o deyil ki, biz Ufukun oyununa canlı baxaq. Elçin Rəhmanov ora həm Ufukun oyununa baxmağa, həm də onunla görüşüb, söhbər etməyə getmişdi. Onsuz da futbolçuların oyununu daima televiziya vasitəsi ilə də izləyirik. 

- Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Sirr deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?

- O, milli komandanın üzvüdür. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd “səni mütləq dəvət edəcəyik” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufuqla yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi.  

- Almaniyada da legionerlərimiz var. Onları da izləyirsiniz?

- Artıq başlamışıq. Almaniyadan hələlk Dmitri Nazarovu dəvət edəcəyik. 

- Rüfət Dadoşu necə, milliyə dəvət edəcəksiniz? Aşağı liqada oynasa da, qollarını sıralayır.

- Bəli, son vaxtlar performansı yaxşıdır. Oyunlarını izləyirəm. Son bir ilə baxım qərar vermək düzgün olmaz. Millimizdə kimlər olubsa, hamsı ilə maraqlanırıq. 

- Dəniz Yılmazın oyunu ilə maraqlanırsınız? Robert Prosineçkinin vaxtında bu futbolçunun millimizlə problemi olmuşdu.

- Hər bir futbolçu ilə maraqlanırıq. Çalışırıq ki, hər biri ilə yaxından tanış olaq. Biri var nəyisə eşidəsən, biri də var ki, futbolçu ilə üz-üzə danışasan. Onda oyunçunun xarakterinə daha yaxından bələd olursan. Son vaxtlar Dəniz Yılmaz oynamır. Bu sarıdan bir qədər sıxıntı var.

- Çempionatda yaranacaq fasiləyə görə klublar narazılıq etməyib?

- Yox. Heç bir klub narazılıq etmədi. Hər biri sağolsun. Bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, bizdə 3-5 gün daha çox olur. Bu, illər boyu təkrarlanır. Hər bir klub rəhbəri milli komanda üçün üzərinə düşən işi yerinə yetirmək istəyir. 

- Kosovo millisi mart ayında Fransada  iki yoxlama oyunu keçirəcək. Həmin oyunları izləmək üçün köməkçilərini göndərəcəksiniz?

- Bəli.

- Millinin heyətini açıqlamaq üçün çempionatın bitməsini gözləyəcəksiniz, yoxsa daha tez olacaq?

- Son turun axşamı açıqlanacaq.

- "Qəbələ" - "Neftçi" oyununu stadiondan izlədiniz. Diqqətiniz çəkən futbolçular oldu?

- Diqqətimi cəlb edən də oldu. Ancaq məni narahat edən məqamlar da var.

- Sizcə, Ramil Şeydayevin millimizə daha yaxşı kömək etməsi üçün "Qarabağ"dan ayrılıb, sabit oynayacağı bir kluba getməsi necə olar?

- Hər bir futbolçunun formasını yaxşılaşdırması üçün onun daima oynaması lazımdır. Təəssüf ki, biz 11 nəfərdən artıq futbolçu meydana buraxa bilmirik. Belə olan halda hansısa futbolçu kənarda qalmalıdır. Ancaq hər bir oyunçunun, əsas da millimizin üzvünün daha yaxşı çempionatlarda iştirak etməsini istərdim. Ən azından bizdə əsas heyət üzvlərindən biri olsun. Ramilə gəldikdə, tək o yox, bir neçə futbolçu var ki, onların oyun təcrübəsinin çox olmağını istərdim. Əfsuslar olsun ki, onlar kənarda qalıb. Ancaq Ramil kənarda qalmayıb. Üç tur əvəzedici heyətdə çıxış edib. Ən azından formasını qoruyub saxlayıb. Belə problemlər daima olub, yenə olacaq.

- Rəşad Sadıqovun karyerasını bitirməsi məsələsi son vaxtlar çox müzakirə olunur. Belə söhbətlər edilir ki, Rəşad baş məşqçisi olduğu futbolçulara qarşı oynayır. Sizcə, Rəşad karyerasını bitirməlidir?

- Bu məsələ niyə bu qədər müzakirə olunur? Əgər futbolçunun gücü varsa, ən yaxşılardandırsa, niyə oynamasın? Bizim bu futbolçuya klub olaraq ehtiyacımız varsa, niyə onu komandadan uzaqlaşdırmalıyıq? Bizim Rəşaddan da yaşlı futbolçumuz var - Ansi Aqolli. Bu iki futbolçunu bütün gənc oyunçulara nümunə göstərərdim. Belə  oyunçuları tez futboldan göndərməli deyilik. Özünüz də şahidi olmusunuz ki, bəzi futbolçular 38 yaşına qədər oynayıb. Zanettini qeyd edə bilərəm. O yaşında da ən yaxşılardan idi. Öz oyunçusuna qarşı oynamağın nə problemi var? Əksinə, futbolçular daha məsuliyyətli olur. İdman elə bir oyundur ki, burda dəyişikliklər həmişə olacaq. Biz yaxşını həmişə qoruyub saxlamalıyıq. Onun yaşına, işinə önəm verməli deyilik.

- Xama Billiat məsələsi artıq qapanıb. yoxsa danışıqlar gedir?

- Danışıqlar dayanıb. Transfer pəncərəsi bağlanıb. Hazırda fikrimizdə bir neçə futbolunun soyadı varsa, Billiat da onların sırasındadır. Ancaq hələ "gələcək" deyə bilmərəm. 

- Onun oyununu canlı izləmək fikriniz var?

- Xeyr, buna ehtiyac yoxdur. Onu yaxından tanıyırıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.06.2018

15:17  Braziliya – Kosta Rika - HEYƏTLƏR

21.06.2018

23:34  Fransa – Peru 1:0 VİDEO

21:23  Argentina – Xorvatiya - HEYƏTLƏR

18:23  Fransa – Peru - HEYƏTLƏR

16:06  Messi ağlayır

15:23  Danimarka - Avstraliya - HEYƏTLƏR

00:16  İran - İspaniya 0:1 VİDEO

20.06.2018

21:17  İran - İspaniya - HEYƏTLƏR

18:30  Uruqvay - Səudiyyə Ərəbistan - HEYƏTLƏR

15:22  Portuqaliya - Mərakeş - HEYƏTLƏR

02:39  Seneqalın qələbəsi VİDEO

01:36  Misirin məğlubiyyəti VİDEO

19.06.2018

23:22  Yaponiyanın qələbəsi VİDEO

15:51  Kolumbiya Yaponiya - heyətlər

14:23  "Qarabağ"ın rəqibi məlum oldu - YENİLƏNİB

12:33  Gunun oyunlarına necə baxaq? - TV AFİŞA

18.06.2018

23:26  İsveçin qələbəsi VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail