"Keşlə" və "Qəbələ" arasında 43-cü oyun

11.03.2018 | 4491 dəfə oxunub

Martın 13-də Premyer Liqasında XX tura start veriləcək. Stadium.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur “İnter Arena”da başlayacaq.

“Qəbələ” Bakıdakı qarşılaşmada “Keşlə”nin qonağı olacaq. Bu, komandalar arasında 43-cü dueldir. İlk qarşılaşması 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər.

“Qəbələ” 14 qələbə qazanıb, 13 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.
Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 38 dəfə rəqib qapısına yol tapan komandamız 49 qol buraxıb.
22-ci dəfə “Keşlə”nin qonağı olacaq “Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib. Səfərdə 5 bərabərliyi olan “qırmızı-qaralar” 10 dəfə məğlubiyyətə üzülüblər. Rəqib meydanında 20 qolun sevincini yaşayan futbolçularımız 35 top buraxıblar. 
“Keşlə” ilə görüşlərdə “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib. Son iki qarşılaşmanı qolsuz tərk etməyən Filip Ozobiçin hesabında isə 4 top var.
“Qəbələ” artıq 11 matçdır “Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn komandamız bu matçlarda ən azı 2 qol vurub.
Xatırladaq ki, Bakıdakı “İnter Arena”da keçiriləcək “Keşlə” - “Qəbələ”  qarşılaşması martın 13-də baş tutacaq.
 
2006/07 mövsümü
 
05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0
 
12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0
Daniel Axtyamov, 57, 61
 
2007/08 mövsümü
 
02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65
 
28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75
 
2008/09 mövsümü
 
30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23
 
07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Valter Quqlemon, 32
 
29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0
Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76
 
06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
Kənan Kərimov, 40, Azər Bağırov, 87
 
2009/10 mövsümü
 
26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2
Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69
 
24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Petar Zlatinov, 87
 
10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)
 
15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1
Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1
 
2010/11 mövsümü
 
19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Rövşən Əmiraslanov, 35
 
13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
 
2011/12 mövsümü
 
23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)
 
11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76
 
22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8
 
2012/13 mövsümü
 
10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0
Leurival Rodrigez, 14
 
17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23
 
13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2
Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29
 
19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0
Ramil Mansurov, 87
 
2013/14 mövsümü
 
11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2
Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90
 
19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
Daniel Subotiç, 45+1
 
23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4
Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57
 
12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
 
2014/15 mövsümü
 
10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 
 
21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67
 
18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2
Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1
 
16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Aleksey Qay, 5 - Asif Məmmədov, 27
 
2015/16 mövsümü
 
12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84
 
09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Aleksey Antonov, 30 -  Dieqo Martins, 35
 
07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
Ermin Zets, 18
 
03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
2016/17 mövsümü
 
12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69
 
04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2
Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82
 
30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3
Adrian Skarlatake, 18 // Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)
 
05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
Daniel Subotiç, 12; Baqali Dabo, 33 
 
24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3
Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 // Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72

2017/18 mövsümü

12.08.2017. Premyer Liqa. İnter (Bakı) – Qəbələ – 1:2
Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)

03.12.2017. Premyer Liqa. Qəbələ - Keşlə (Bakı) - 3:0
Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail