Cavid Hüseynovla Elvin Məmmədova 100 min "atıblar"

23.05.2018 | 3413 dəfə oxunub

Azərbaycan millisinin və "Qəbələ"nin futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Stadium.Az xəbər verir ki, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.

Futbolçular müraciətlərində qeyd ediblər ki, Məhərrəmov onların etibarlarından sui-istifadə edərək, Hüseynovdan 40 min, Məmmədovdan isə 60 min manat pul alıb. Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb.

Lakin Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib. Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.  

Məhərrəmovun vəkili Ceyhun Yusifov faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib. (Report.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail