FİFA milli komandaların yeni reytinq hesablama sistemini açıqlayıb

11.06.2018 | 3072 dəfə oxunub

FİFA milli komandalar üçün yeni reytinqin tərtib olunma sistemini açıqlayıb. Stadium.Az xəbər verir ki, yenilənmiş reytinq iyuldan tətbiq olunacaq. Yeni siyahı hazırlanarkən, oyunun əhəmiyyəti nəzərə alınacaq. 

Oyun pəncərəsindən kənar keçirilən yoldaşlıq görüşü üçün 5 xal;

- Pəncərə vaxtı keçirilən yoldaşlıq görüşü üçün 10 xal;

- UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün 15 xal;

- UEFA Millətlər Liqasının "pley-off" və final matçları üçün 25 xal;

- Qitə çempionatlarının və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25 xal;

- Qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal;

- Qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FİFA Konfederasiyalar Kubokunun bütün oyunları üçün 40 xal;

- Dünya çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50 xal;

- Dünya çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal hesablanacaq.

Bu görüşlərdə qələbə 1, heç-heçə 0,5 əmsalla qiymətləndiriləcək, məğlubiyyət isə 0-a bərabər olacaq.

Digər tərəfdən, qitələrarası əmsallar ləğv olunacaq. Hazırda istifadədə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

Böyük yarışların ev sahibləri üçün ayrıca hesablama olacaq. Dünya çempionatının seçmə mərhələsində iştirak etmədiyi üçün Rusiya yığması 70-ci pilləyə enib və bu göstəricidə mundialın ən aşağı reytinqli komandasına çevrilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail