İslandiya millisinin qapıçısı "Qarabağ"da

04.07.2018 | 705 dəfə oxunub

Transfer çalışmalarını davam etdirən “Qarabağ” qapı xəttini gücləndirib. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi bu il Rusiyada keçirilən dünya çempionatında iştirak edən qolkiperi heyətinə qatıb. 

Söhbət İslandiya yığmasının “1 nömrəsi” Hannes Tur Halldorssondan gedir. Son klubu Danimarka “Randers”i olan 34 yaşlı qolkiperlə hərtərəfli razılıq əldə edilib. Onunla münasibətlərin tezliklə rəsmiləşdiriləcəyi gözlənilir.

Rusiyadakı mundialda İslandiya yığmasının qapısını qoruyan Hannes Tur Halldorsson Argentina ilə bərabərə başa çatan (1:1) qarşılaşmada Lionel Messinin penalti zərbəsini dəf edərək, qəhrəmana çevrilmişdi. Digər peşəsi rejissorluq olan Halldorsson 2011-ci ildən İslandiya millisinin qapısını qoruyur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Fransa finalda - YENİLƏNİB
Son xəbərlər

16.07.2018

15.07.2018

22:37  Ronaldo Turinə gəlib - FOTO

18:11  Fransa - Xorvatiya - HEYƏTLƏR

14.07.2018

17:19  Belçika - İngiltərə - HEYƏTLƏR

13.07.2018

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail