Qriqorçuk: "Astana"nı qəbul edəndə heyətimizə görə bir az narahat idim"

04.07.2018 | 3530 dəfə oxunub

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk Riçard Almeydanın transferi haqda fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, ukraynalı mütəxəssis millimizin üzvünü "Qarabağ"da çıxış etdiyi vaxtlardan bəyəndiyini deyib:

"Astana"nı qəbul edəndə heyətimizə görə bir az narahat idim. Başa düşürdüm ki, komandanın güclənməsinə ehtiyac  var. Ruavina və Almeydanın timsalında klub yalnız güclü futbolçular almadı, bu oyunçuların transferi klubumuzun seleksiya qrupunun səviyyəsini göstərir. Almeydanı "Qarabağ"da çıxış etdiyi vaxtdan gözəl tanıyıram. Milliləşdirilən braziliyalı uzun müddət ərzində "Qarabağ"ın liderlərindən idi və Azərbaycan milli komandasında da oynayıb".

"Qəbələ"nin sabiq çalışdırıcısı bu transferlərdə klub rəhbəri Sayan Hamitjanovun böyük əməiolduğunu qeyd edib:

"Təsəvvür edirəm ki, o, bu futbolçuları "Astana"ya keçməyə inandırmaq üçün hansı işlər görüb. Danışıqlar zamanı müsbət planda arqumentlər irəli sürmək, inadkarlıq və futbolçuların nümayəndələrini özünə bağlamaq bacarığı vacibdir. Bilirəm ki, "Astana"nın bu futboluçulara namizəd olan ciddi rəqibləri vardı. Ancaq futbolçuları imzaya gətirmək mümkün oldu. Çox şadam ki, klubumuzun prezidenti avrokuboklarda start öncəsi heyəti gücləndirməklə bağlı vədini tam yerinə yetirdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail