"Bu dəqiqə tək məqsədimiz “Uypeşt”lə ev-səfər oyunlarıdı"

11.07.2018 | 740 dəfə oxunub

“Birinci oyun çox vacibdi. Qarşımızdakı komanda çox güclüdü”. Stadium.Az xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Roberto Bordinə məxsusdu.

Sabah Avropa Liqasında mübarizəyə start verəcək “ağ-qaralar” I təsnifat mərhələsi çərçivəsində “Uypeşt”lə üz-üzə gələcək.

Oyunöncəsi baş tutan mətbuat konfransında italiyalı çalışdırıcı fikirlərini bildirib: “Son ayları boş keçirməmişik. Yaxşı start arzusundayıq. Azarkeşlərimizin önündə oynamağa hazırıq”.

- Yoldaşlıq oyunlarındakı nəticələr sabahkı matça necə təsir edə bilərmi?

- Nəticə hər zaman vacibdi. Ancaq yoldaşlıq görüşlərində əsas oyunçuların anlaşmasını təmin etmək idi. Məqsəd futbolçuların fiziki göstəricilərini yaxşılaşdırmaq idi.

- Yoldaşlıq oyunlarında daha çətin rəqib seçmək olmazdı? Nəzərə alsaq ki, II mərhələdə “Sevilya” ilə qarşılaşmaq ehtimalı var...

- Yoldaşlıq görüşlərində bütün oyunçulara şans vermək imkanımız oldu. Rəqiblərin kimliyinin o qədər də önəmi yoxdu. “Sevilya”ya gəlincə, “Uypeşt” səddini keçməmiş o barədə danışmaq erkəndi.

- Əsasən “Neftçi” üçün yad olan 4-3-3 sistemindən istifadə edirsiz. Komandanın artıq bu sistemə alışdığını demək olarmı?

- Əvvəlki məşqçilərin hansı sistemlərə üstünlük verməsi barədə məlumatsızam. Sadəcə, 4-3-3 sevdiyim sistemdi. Ancaq bunun oyunun gedişində sabit qalacağını deyə bilmərəm.

- Fiziki baxımdan komanda nə qədər “artırıb”?

- Yaxşı fiziki hazırlıq keçmişik, ancaq 100 faiz desək, absurd olar. Çempionata başlayana qədər maksimum hazır olmağa çalışacağıq. Əsas məqsəd bu oyuna hazır olmaq idi.

- İkinci mərhələdə “Sevilya” ilə qarşılaşmaq ehtimalı futbolçuların motivasiyasını azaltmır?

- “Sevilya” barədə düşünmürük. Bu dəqiqə tək məqsədimiz “Uypeşt”lə ev-səfər oyunlarıdı.

- Karikari, Frederiko kimi legionerlərlə yanaşı, Bəşirov kimi gənclər Türkiyə toplanışına dəvət olunmuşdu. “Neftçi”dəki yerli gənclərin potensialı sizi nə dərəcə qane edir?

- Əcnəbilərlə yerlilər birlikdə yaxşı anlaşırlar. Oyunları alınır. Ümid edirəm ki, həm yeni oyunçuların inteqrasiyası tez olacaq, həm də gənclər gələcəkdə “artıracaqlar”. U-21 yığmasında oynayan gənclərimiz var. Onlardan çox razıyam. Zaman keçdikcə, çətinliklərə dözdükcə təcrübəli futbolçulardan daha da çox şey öyrənəcəklər.

- Karikari komandaya gec qoşulub. Onun sabah heyətdə olmaq ehtimalı varmı?

- Karikari güclü oyunçudu. Potensialı sabahkı oyunda oynamasına imkan verir. Ancaq ümumi kimlərin çıxış edəcəyini məşqdən sonra dəqiq biləcəm.

- Adətən əcnəbi məşqçilər özləri ilə məşqçilər korpusunu da gətirirlər. Ancaq sizdə cəmi bir belə mütəxəssis var. Azərbaycanlı çalışdırıcılarla işlərinizi qaydasına qoya bilərsizmi?

- İtaliyalılardan təkcə Andrea mənimlədi. Onunla uzun müddət birlikdə çalışmışıq. Yerli məşqçilər isə yerli futbolçuları yaxşı tanıyırlar. Təcrübələrimizi birləşdirib, yaxşı vəhdət yaradacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.11.2018

11:02  Kosova - Azərbaycan - Mətbuat Konfranslarının vaxtı açıqlandı

10:08  "Qarabağ" - "Sumqayıt" - VİDEO

18.11.2018

11:37  Türkiyə - İsveç - 0:1 VİDEO

11:13  "İlk dəqiqələrdən oynamağa hazıram" - Səlahət Ağayev

11:05  "Kənardakılar qiymət versə yaxşı olar" - Mirabdulla Abbasov

10:59  Millimizin qələbəsi - VİDEO

17.11.2018

22:53  Millimizdən inamlı qələbə - YENİLƏNİB

20:46  "Futbolçularım xarakter göstərdi" - Vüqar Məmməd

20:09  Azərbaycan - Farer adaları -HEYƏTLƏR

12:41  Uels – Danimarka - 1:2 VİDEO

12:25  Argentina - Meksika 2:0 VİDEO

12:14  Braziliya - Uruquvay 1:0 VİDEO

16.11.2018

18:12  "Eşitdiyim ən qəribə sualdı" - Farer adalarının kapitanı

15.11.2018

17:29  "Bunu Azərbaycana qarşı etmişdik" - Maltanın baş məşqçisi

16:38  Milli komandamıza 50000 manat mükafat - Qrupdan çıxsalar

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi