Ruslan Abışov: "Rəqibdən üstün futbol göstəririk" - MÜSAHİBƏ

13.07.2018 | 4331 dəfə oxunub

“Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”lə ilk matçdan (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hesabda geri düşdükdən sonra oyunu çevirmək üçün necə motivasiya tapdınız?

- Açığı, buraxdığımız top təsadüfi qol idi. Orda ani anlaşılmazlıq oldu. Amma matç göstərdi ki, biz rəqibdən üstün idik və qol epizodlarımız çox oldu. İnanırdıq ki, dönüş edəcək və qələbə qazanacağıq. Çünki rəqibi yaxşı təhlil etmişdik. Hələ hər şey bitməyib, qarşıda çətin səfər görüşü var. Deyərdim ki, şanslar hələ 50/50-yədi. Səfər oyununa da ciddi hazırlaşıb, yaxşı motivasiya ilə meydana çıxmaq istəyirik. Orda da qələbə qazanmaq və mərhələni keçmək arzusundayıq.

- Hesab 2:1 olarkən baş məşqçinin Slavki Braliçi meydana buraxması narazılıqla qarşılandı ki, niyə hesabı qorumağa çalışırsınız?

- Çünki qol epizodlarımız çox idi, daha böyük fərqlə qələbə qazana bilərdik. Hava da çox isti idi və rəqib ikinci hissədə tamamilə müdafiəyə çəkilmişdi. 5-li müdafiənin də üzərində işləmişdik. Baş məşqçi kənardan hər şeyi daha yaxşı gördü. Bizi çətin səfər oyunu gözləyir. Çünki onların iki əsas oyunçusu gəlməmişdi. Bu üzdən arxayınlaşmaq olmaz.

- Sanki “Uypeşt” fiziki cəhətdən zəif idi. Çünki ikinci hissədə artıq çatdırmırdılar...

- Biz çox yaxşı hazırlıq keçmişik, fiziki məşqlər keçmişik. İnanıram ki, Macarıstanda bizim üçün daha rahat olacaq. Çünki hava şəraiti də oynamağa imkan verəcək. Bu gün çox isti idi, oynamaq çətin olurdu. Orda rəqib daha çox hücum, pressinq edəcək. Yəqin ki, daha çox hücumçu ilə meydana çıxacaqlar ki, erkən qol vursunlar. Biz də buna hazır olmalıyıq.

- “Neftçi” yenilənmiş komandadı. Hazırkı heyəti ötən mövsümün sonundakı kollektivlə müqayisə edə bilərsinizmi?

- Komandanın 3-cü yeri tutmasında baş məşqçidən tutmuş, gedən futbolçulara kimi, hamının zəhməti olub. Onlara hər zaman təşəkkürümü bildirirəm. Artıq yeni səhifə açılıb: yeni baş məşqçi, yeni heyət. Həm çempionatda, həm də Avropa Liqasında bacardığımız qədər uğurlu çıxış etmək istəyirik. Baxmayaraq ki, mərhələ keçdikdə daha ağır rəqib gəlir.

- Bu komanda çempionatda nəyə ümid edə bilər?

- Çempionat oyunları tam fərqli olur. Məşqlər keçdikcə komanda daha yaxşı duruma gələcək. Çünki yeni komandadı, ilk rəsmi oyunumuz idi. İstər-istəməz futbolçuların üzərində təzyiq var idi, anlaşma tam yaxşı vəziyyətdə deyildi. Oyundan-oyuna hər şey yaxşı olacaq.

- Bu qələbədən sonra demək olarmı ki, “Sevilya”nın rəqibi “Neftçi” olacaq?

- Bu barədə danışmaq hələ tezdi. “Sevilya” dünyanın top-komandalarından biridi.

- “Lill”, “Atletik” kimi komandalar da bura gəliblər. Belə klublar təsnifat mərhələsinə ciddi fikir vermir. Bu amil sizə sürpriz etmək şansı yaratmır?

- İnşallah, “Uypeşt” səddini keçək, ondan sonra bu barədə danışmaq olar.

- Rəqibin oyunçusu bildirdi ki, siz dominantlıq etdiniz və bu, onların işini çətinləşdirdi. Orda da eyni üslubu qorumaq mümkün olacaqmı?

- Düzdü, ev sahibi biz idik və oyun da göstərdi ki, rəqibdən üstün futbol göstəririk. Qələbəyə daha çox layiq idik. Yəqin ki, səfərdə bizə sürpriz hazırlayacaqlar. Amma meydana çıxdıqdan sonra bütün problemlər kənarda qalır, 90 dəqiqə yalnız oyun barədə düşünürsən.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail