Ölkəmiz UEFA reytinqində gerilədi

13.07.2018 | 3793 dəfə oxunub

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

Stadium.Az xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə geriləyib.

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qəbələ”, “Neftçi” və “Keşlə” yeni mövsümdə ilk oyununu keçirdi. “Keşlə” Malta “Baltsan”ına səfərdə 1:4, “Qəbələ” evdə Lüksemburq “Proqres”inə 0:2 hesabıyla uduzdu. Yalnız “Neftçi” doğma meydanda Macarıstanın “Uypeşt” klubunu 3:1 hesabıyla məğlub etməyi bacardı.

Klublarımızın o qədər də uğurlu alınmayan startı isə ölkəmizin geriləməsinə gətirib. Düzdü, “Neftçi” qalib gəlməklə Azərbaycanın reytinqinə 0.250 xal yazdırıb. Lakin bu təmsilçiləri daha uğurlu çıxış edən Belarusun bizi geridə qoymasına mane olmayıb.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.125 reytinq xalı var. Onun hələlik 0.500 (0.250 “Qarabağ”, 0,250 “Neftçi”) xalı cari mövsümdə qazanılıb. 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail