Ramil Şeydayev: "Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək" - MÜSAHİBƏ

13.07.2018 | 3296 dəfə oxunub

Mövsümün sonunda "Qarabağ"dan ayrılıb müqavilə ilə məxsus olduğu "Trabzonspor" klubuna qayıdan Ramil Şeydayev in müsahibəsini təqdim edirik:

- Transfer danışıqları aparmaq üçün "Trabzonspor"dan ayrılsan da, sonra yenidən bu komandanın toplanışına qatıldın. "Mattersburq"a keçidin niyə alınmadı?

- Əslində "Mattersburq" elə də ciddi variant deyildi. Hətta deyərdim ki, bu, yalnız söz-söhbətdən ibarət idi.

- Ancaq mətbuatda yazılmışdı ki, məhz bu klubla danışıq aparmaq üçün "Trabzonspor"un baş məşqçisi Ünal Karamandan icazə almısan. Hətta Avstriya klubunun rəsmiləri də bunu təsdiqləmişdilər...

- Yox, belə deyil. Yenə deyirəm, bunlar sadəcə şayiə idi. Kimlərsə yaymışdı. (qol.az)

- Artıq bir neçə gündür "Trabzonspor"un Sloveniyada davam edən təlim-məşq toplanışında iştirak edirsən. Hazırlıq necə gedir? Komandaya uyğunlaşa bilirsən?

- Hər şey normaldır. Gündəlik məşqlərimizi edirik. Çatışmayan cəhətlərimizin üzərində işləyirik. Uyğunlaşma ilə bağlı da hər hansı problem yoxdur.

- "Trabzonspor"da qalacaqsan, yoxsa özünə başqa klub axtarırsan?

- Bu barədə hələlik heç nə deyə bilmərəm. Çünki ortada dəqiq bir şey yoxdur. Nəyin necə olacağını zaman göstərəcək.

- Baş məşqçi ilə bu barədə söhbətiniz olub? Necə düşünürsən, səni yeni mövsümdə öz komandasında görürmü?

- Bayaq da dediyim kimi, bu məsələyə hələ aydınlıq gəlməyib. "Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək. Hələlik isə yalnız hazırlıq barədə düşünürəm.

- Mövsümün sonunda "Qarabağ"dan ayrılıb "Trabzonspor"a qayıdanda komandada səni necə qarşıladılar?

- Hamı məni çox yaxşı qarşıladı. Hazırda da düşərgədə yaxşı ab-hava hökm sürür. Hər şey əladır.

- "Qarabağ" 2 gün öncə Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyada "Olimpiya" ilə qarşılaşdı. Komandanız da bu ölkədə təlim-məşq toplanışı keçir. Maraqlıdır, oyunu canlı izləyə bildinmi?

- Xeyr, müəyyən səbəblərdən gedib oyuna baxa bilmədim.

- "Qarabağ" səfərdə vacib qələbə qazanaraq, cavab oyunu öncəsi üstünlük əldə etdi. Səncə, sabiq komandan Bakıdakı görüşdə bu üstünlüyü qoruya biləcək?

- "Qarabağ"ın "Olimpiya" ilə oyununu izləyə bilmədiyim üçün bu barədə heç nə deyə bilmərəm. Amma onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, Çempionlar Liqasında ötənilki uğuru təkrarlayacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail