"Sabah"da ukraynalı futbolçu

17.07.2018 | 722 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” daha bir futbolçunu heyətinə qatıb. Stadium.Az xəbər verir ki, Vitali Kvaşuk yeni mövsümdən Premyer Liqanın debütantının formasını geyinəcək.

Ukraynalı yarımmüdafiəçi “Sabah”la münasibətləri artıq rəsmiləşdirib. 25 yaşlı oyunçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb. O, paytaxt klubunda 7 nömrəli formanı geyinəcək.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında çıxış edib. Onun son komandası “Neman Qrodno” olub.

“Sabah” buna qədər Yosip Baliç, Filip İvanoviç və Saşa Stamenkoviç kimi əcnəbi futbolçularla anlaşmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi