Hannes Halldorsson: "Hələ heç nə başa çatmayıb"

08.08.2018 | 1170 dəfə oxunub

"Çətin oyun oldu. Rəqib sürətli əks hücumlara çıxırdı". Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda BATE-yə minimal hesabla məğlub olduqları oyundan sonra deyib. 

Təcrübəli qolkiper matç haqda fikirlərini bildirib:

"Təəssüf ki, ilk qolu rəqib vurdu və biz fərqlənə bilmədik. Bu da bizim işimizi çətinləşdirdi.  Ancaq hələ heç nə başa çatmayıb. Növbəti oyuna ciddi hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

İslandiyalı əlcək sahibi cavab oyunu haqda danışıb:

"Əlbəttə, bizi səfərdə çətin oyun gözləyir.  Rəqibin üstünlüyü var. Ancaq məğlub olmaq niyyətimiz yoxdur. Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır".

Hannes "Qarabağ"dakı debütündən danışıb:

"Hər şey inanılmazdır. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər bizə dəstək verirdi. Burada ilk oyunum idi və qarşılaşmanın ab-havasından həzz aldım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

10:38  "Yuventus"un qələbəsi VİDEO

15.12.2018

18:47  "Neftçi" - "Sumqayıt" -HEYƏTLƏR

16:22  "Zirə" - "Səbail" - HEYƏTLƏR

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi