Aleksey Baqa "Qarabağ" və həmkarı haqda danışdı

17.08.2018 | 756 dəfə oxunub

"BATE və "Qarabağ" eyni səviyyədə olan iki klubdur. Belarus və Azərbaycan çempionatarında böyük fərq yoxdur".

Stadium.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran BATE-nin baş məşqçisi Aleksey Baqa deyib. 37 yaşlı mütəxəssis Ağdam klubunu səhvlərinə görə məğlub etdiklərini bildirib: "Vurdğumuz hər iki qol "Qarabağ"ın səhvindən sonra oldu. Bundan başqa qol şanslarımız oldu. Müdafiədə yaxşı çıxış etdik".

Baqa "Qarabağ"ı və komandanın baş məşqçisi Qurban Qurbanovu tərifləyib: "Qarabağ"la BATE-nin büdcəsi və tarixində böyük fərq yoxdur. "Qarabağ"da məşqçi işi göz önündədir. Sanballı və ciddi komanda ilə qarşılaşdıq. Minskdə PRO kateqoriyasında azərbaycanlı mütəxəssislərlə birgə olmuşam. Onlar Qurbanovu tərifləyiblər. Qurban Qurbanov güclü məşqçidir, komandası nəticə qazanır. Deyirdilər ki, "Qarabağ" yeni oyunçuların gəlişindən sonra balanslaşmayıb, amma mən belə şeyə görmədim. Məşqçinin işi görünür".

BATE pley-offda PSV ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.02.2019

22.02.2019

17:45  "Neftçi" və "Qarabağ" qələbə qazandı - Birinci divizion

21.02.2019

19:12  ÇL-in rəmzi 11-liyi - Foto

14:36  19-cu turun oyun cədvəli - Azərbaycan Premyer Liqası

14:13  Turun rəmzi komandası - Premyer Liqamız

01:54  PSJ - "Montpelie" 5:1 VİDEO

20.02.2019

23:23  "Şalke" - "Mançester Siti" - HEYƏTLƏR

23:20  "Atletiko" - "Yuventus" - HEYƏTLƏR

19.02.2019

16:11  "Roma" -"Boloniya" 2:1 VİDEO

15:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi