Mladen Milinkoviç: "İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik"

19.08.2018 | 5705 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Keşlə" səfərdə “Zirə” ilə bərabərə qalıb. Stadium.Az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən qonaqların baş məşqçisi Mladen Milinkoviç fikirlərini bildirib:

“Hər iki komanda üçün yaxşı oyun oldu. Öz komandamdan razıyam. Hesabda geridə olsaq da, oyunda dönüş yaratmağı bacardıq. İlk qol oyunun axarına təsir göstərdi. Buraxdığımız qoldan sonra topa nəzarət etməyə başladıq, amma yenə qol buraxdıq və bu, çətinlik yaratdı. Fasilədə uşaqlara dedim ki, ilk 15 dəqiqədə qol vursaq, xallar qazana bilərik. Vurduğumuz ilk qoldan sonra daha yaxşı oynamağa çalışdıq. “Zirə” yaxşı komandadı, qələbə qazanmaq üçün şansları oldu. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Deyərdim ki, komandada irəliləyiş var. İlk oyundan sonra futbolçulara demişdim ki, komanda özünə gələcək və bunun ilk hissəsini bu gün gördük. Bu gün qazanılan xal bizim üçün çox önəmli idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail