Ozozbiç: "Burda bir qədər fərqli oyun sistemi tətbiq olunur"

19.08.2018 | 14281 dəfə oxunub

“Qarabağ”ın yeni transferlərindən olan Filip Ozobiç Premyer Liqasının 2-ci turu çərçivəsində dünən keçirilən “Səbail”lə səfər matçından sonra jurnalistlərə açıqlama verib.

Stadium.Az xəbər verir ki, xorvartiyalı yarımmüdafiəçi öncə görüşlə bağlı fikirlərini bölüşüb:

“Çempionatda ilk oyunumuz idi. Əlbəttə, uğurlu start götürmək istəyirdik. Bu, çox vacibdi və sevinirəm ki, qarşımıza qoyulan məqsədə çata bildik. Oyun heç də asan keçmədi. Ancaq əsas qələbə qazanıb xal ehtiyatımızı 3-ə yüksəltmək idi”.

Ozobiç Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri “Şerif” haqqında da danışıb:

“Rəqib "pley-offa"dək yüksəlməyi bacarıbsa, bu, özlüyündə çox şeydən xəbər verir. Hələ ki, Moldova təmsilçisinin oyununu izləməmişik. Baş məşqçimiz necə oynamalı olduğumuzu bizə xırdalığınadək izah edəcək. İnanıram ki, həm baxımlı futbol sərgiləyəcəyik, həm də bizi qrup mərhələsinə yüksəldən nəticələri əldə edəcəyik. Açığı, ilk oyunun Tiraspolda keçirilməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdu. Onsuz da 1 həftəlik intervalla həm səfərdə, həm də evdə oynayacağıq. Əsas odur ki, qənaətbəxş nəticə qazanaq”.

Sonda Filip “Qarabağ”a nə dərəcədə adaptasiya olmasına dair suala da aydınlıq gətirdi:

“Burda bir qədər fərqli oyun sistemi tətbiq olunur. Ancaq təcrübəmə güvənirəm. Baş məşqçimizin mənə qazandırdığı hər şansdan maksimum faydalanmağa çalışıram. Özüm də başa düşürəm ki, bir il əvvəlki formamda deyiləm. Ancaq bunun üçün bir qədər də zamana ehtiyac var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail