"Qarabağ"da ciddi itki - "Sportinq"ə qarşı oynamayacaq

12.09.2018 | 3799 dəfə oxunub

"Qarabağ" ciddi itkiylə üzləşib.

Stadium.az xəbər verir ki, Ağdam təmsilçisi bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub. Belə ki, Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alan 24 yaşlı futbolçunun durumuna aydınlıq gəlib.

Zədəsi cağır olmayan Slavçev 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə açıqlama verən yarımmüdafiəçi durumu ilə bağlı danışıb: "Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı".

Slavçev sentyabrın 20-də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyini və buna çox əsəbləşdiyini deyib: "Bu zədəyə görə iki həftə oynamayacam. Çox qəzəbliyəm, çünki "Sportinq"lə qarşılaşmada komandama kömək edə bilməyəcəm".

Simeon Slavçev yay transfer dönəmində "Sportinq"dən "Qarabağ"a keçib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail