"Arsenal", "Sportinq"lə - "Qarabağ" , "Vorskla" arasındakı büdcə uçurumu

13.09.2018 | 5046 dəfə oxunub

"Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə birgə mübarizə aparacaq.

Stadium.az xəbər verir ki, bu komandaların futbolçularının dəyərləri açıqlanıb. "Qarabağ"da futbolçuların ümumi dəyəri 12,35 milyon avrodur. Ağdamlıların ən bahalı futbolçusu bolqarıstanlı Simeon Slavçevdir (1,1 milyon avro). Abdullah Zubirlə Dani Kintananın dəyəri 1 milyon avro göstərilib. Miçel 900 min, Donald Gerye və Filip Ozobiç isə 800 min avro dəyərində qiymətləndiriliblər.

"Arsenal"ın dəyəri isə 554 milyon avrodur. Komandanın ən bahalısı kimi qabonlu forvard Pyer-Emerik Obameyanq göstərilib (75 milyon avro). Aleksandr Lyakazett 60 milyon, Məsut Özil və Aaron Remzi isə 45 milyon avro dəyərindədirlər. Hektor Bellerin isə 40 milyon avro qiymətləndirilib.

"Sportinq"də isə futbolçuların ümumi dəyəri 157,58 milyon avrodur. Komandanın ən bahalısı 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesdir (30 milyon avro). Bas Dost 22 milyon, Markos Akuna 15 milyon, Sebastian Koates 10 milyon avro dəyərində göstərilib.

"Vorskla"nın dəyəri isə 12 milyon avro göstərilib. Komandanın ən bahalısı yarımmüdafiəçi Vladimir Çesnakovdur (1 milyon avro). İqor Perduta, Yuri Kolomoets və Artur 800 min, Ardin Dalku isə 700 min avro qiymətində göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail