"Doğru yoldayıq" - Malta millisinin baş məşqçisi

14.10.2018 | 4167 dəfə oxunub

Yaxşı oyun sərgilədik. Hələ də fikirləşirəm ki, Azərbaycan yaxşı komandadır. Bu nəticəni qənaətbəxş saymaq olar”

Bu sözləri Malta millisinin baş məşqçisi Ray Farruciya deyib. Malta yığması UEFA Millətlər Liqasının D Divizionunun III qrupunda səfərdə millimizin qonağı olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən 63 yaşlı çalışdırıcı fikirlərini bildirib: “Rəqib meydanında həm qol vurduq, həm xal qazandıq. Futbolçularım meydanda sona qədər döyüşdülər. Bir neçə gün öncə çətin oyun keçirdiyimizi nəzərə alsaq, futbolçularımdan razı qaldım”.

- Komanda Kosovoya məğlubiyyətdən sonra çox tənqid olundu. Amma bu gün bizdən reytinqdə irəlidə olan komandadan xal aldıq. Komandanı tənqid edənlərə hansısa sözünüz var?

- Futbolda tənqidlər olur. Hər kəsin öz fikrini bildirməyə haqqı var. Mən tənqidlərdən motivasiya alıram. Bizim çox gənc oyunçularımız var və daha yaxşı olacağımıza əminəm. Doğru yolda olduğumuzu gələcəkdə görəcəksiniz.

- Gənc futbolçuların oyunundan razı qaldınız?

- Fəlsəfəmizi dəyişməyin vaxtıdır. Komandamızda həm gənc, həm yaşlı futbolçular olacaq. Rəqibə qarşı hücum futbolu oynamaqdan çəkinmədik. Gənc futbolçuların oyunundan razı qaldım. Nəzərə almaq lazımdır ki, Azərbaycan fantastik komandadır.

- Kosovoya məğlubiyyətdən sonra verdiyiniz açıqlamalarda komandanıza inandığınızı bildirmişdiniz. Sizdəki inam nədən yaranırdı?

- Mən heç zaman təslim olmuram. Etdiklərimə inanıram, xüsəsən də işlər yolunda getməyəndə. Maltanın baş məşqçisi olmaq çox çətindir. İnanıram ki, doğru yolda irəliləyirik.

- Qrupdakı hər iki xalınızı Azərbaycandan aldınız. Rəqibin hansı zəif nöqtəsini tapmısınız?

- Hər oyunun öz hekayəsi var. Azərbaycan yaxşı komandadır və onlara qarşı hər iki oyunu yaxşı keçirdik. Ən yaxşı oyunumuzu Farer adalarına qarşı keçirmişik, lakin məğlub olmuşuq. Bugünkü nəticəyə yox, futbolçularımın yaxşı oyununa görə sevinirəm.

- Futbolçularınız hesabda irəlidə olandan sonra çox vaxt uzadırdı. Bunun səbəbi nə idi?

- Bu, futbolun bir hissəsidir. Mənim komandam yaxşı oynadı, futbolçularım oyunundan razı qaldım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail