Araz Abdullayev: "Ola bilər ki, Mahirdə psixoloji cəhətdən nəsə xoşagəlməz hallar olsun"

15.10.2018 | 587 dəfə oxunub

“Fikrimcə, bu gün komandamız yaxşı oyun sərgilədi. Xeyli qol epizodlarımız oldu, ancaq yararlana bilmədik. Bəzən yaxşı oynamasan da, qalib gələ bilirsən. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etməli idik, amma olmadı. Qarşıdakı iki oyunmuza yaxşı hazırlaşmalıyıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Araz Abdullayev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan(1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizin yeganə qolunun müəllifi azarkeşlərə dəstəklərindən ötrü təşəkkür edib:  “Hər bir oyun bizim üçün çox vacibdir. Bu gün komanda şəklində istək çox idi. Amma bu, futboldur. Məğlubiyyət də, qələbə də var. Qələbəni çox istədik, olmadı. Elə epizodlar olur ki, yaxın məsafədən mən də çərçivəni dəqiq nişan ala bilmirəm. Qol vurduğum epizodda top ayağıma yaxşı oturdu və zərbə də qüvvətli alındı. Azarkeşlərə də çox sağ ol deyirəm. Bu gün bizi yaxşı dəstəklədilər”.

O, əvvəlki formasına qayıtmaq üçün əlindən gələni etdiyini deyib: “Çalışıram ki, məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirim. Əvvəlki formama qayıtmaq üçün əlimdən gələni edirəm. Ümid edirəm, qısa zamanda əvvəlki formama qayıdaram”.

Abdullayev komanda yoldaşı Mahir Mədətovun çoxsaylı qol imkanların boşa verməsinə də münasibət bildirib:  “Mahir gənc futbolçudur. Hər birimiz gənc olmuşuq. Ola bilər ki, onda psixoloji cəhətdən nəsə xoşagəlməz hallar olsun. Cavan futbolçuya psixoloji cəhətdən belə çox təsir etmək düzgün deyil. O da əlindən gələni etdi. Hər bir futbolçunun epizodlardan yararlana bilmədiyi anlar olur. Düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq. Sadəcə, hər birimiz ona kömək olmalıyıq. Həm komanda yoldaşları, həm azarkeşlər. Əsas onun özündən aslıdır. Ona inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

13.11.2018

12.11.2018

13:29  "Monako" - PSJ - 0:4 VİDEO

11:54  "Selta"- "Real" - 2:4 VİDEO

11.11.2018

22:46  "Sumqayıt" - "Keşlə" - GENİŞ İCMAL VİDEO

22:15  "Qarabağ"ın qələbəsi - GENİŞ İCMAL VİDEO

20:15  "Qısaca, "Qarabağ" bizdən güclüdür" - Sənan Qurbanov

19:12  "Sumqayıt" - "Keşlə" -HEYƏTLƏR

17:09  "Qəbələ" - "Qarabağ" -HEYƏTLƏR

13:20  "Qəbələ" - "Qarabağ" - 49-cu duelə doğru

12:46  "Qarabağ" Qəbələdə - FOTO

12:35  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.11.2018

22:41  "Neftçi" - "Zirə" 2:2 - GENİŞ İCMAL VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi