"Təəssüflər olsun ki, belə səhvlər edirik" - Nazim Süleymanov

11.11.2018 | 3640 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov  Premyer Liqasının XI turunda evdə “Keşlə”yə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyunundan narazı qaldığını bildirib:

- İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu, amma ikinci hissədə səhvlər etdik və məğlub olduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən geridə qalırıq. Ancaq irəli baxmalıyıq.

 

- Bu gün 5 müdaifəçi ilə oynayırdınız. Bu qədər müdafiəçi ilə meydana çıxan komandanın kifayət qədər səhv etməyə haqqı varmı?

- Yox. Sadəcə, futbolçular bir-birini başa düşməlidir. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Təəssüflər olsun ki, belə səhvlər edirik.

 

- Orxan Sadıqlı qırmızı vərəqə aldı. Onun cəzalaması gündəmdədir?

- Meydanda olan hər bir futbolçu sakit olmalıdır.  Artıq 5-ci qırmızı vərəqənı alırıq. Bu faktdırsa, biz heç nə edə bilmərik. Orxan ilk hissədə də səhv etdi və fasilədə ona xəbərdarlıq etdik. Ancaq yenə səhv etdi. Cəzalanacaq, ancaq komandanın daxili barədə danışmaq istəmirəm.

 

- Müdafiə xətti bərbad futbol sərgiləyir. Vurğun Hüseynov səhvlər edir, amma növbəti oyun kapitan kimi meydana çıxır. Ona nə vaxta qədər şans verəcəksiniz?

- Komandada olan bütün futbolçulara ümid bəsləyirik. Əlimizdə olan futbolçularla irəli gedəcəyik. Bu eniş bir neçə oyundur davam edir. Bunu aradan qaldırmalıyıq.

 

- Əfran İsmayılov Qurban Qurban Qurbanovun rəhbərliyi altında oynayanda heç vaxt əvəzlənməsinə etiraz etməyib.  Bəlkə indi nədənsə istifadə edir?

-  Belə düşünmürəm. Futbolçu meydandan çıxmaq istəmirsə, bu, onun öz işidir. Ağzını əyir, nə edir, özü bilər. Bunu qəbul etmirəm. Əgər belə edibsə, gərək etməsin. Əfran millinin futbolçusudur, komandanın aparıcı futbolçusudur, belə etməməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail