İslamiadanın qalibi 4 illik diskvalifikasiya edildi

13.11.2018 | 4348 dəfə oxunub

Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin cəza müddəti açıqlanıb.

Stadium.Az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı Qazaxıstan əsilli atlet 4 il müddətinə diskvalifikasiya olunub. Orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi tapılan A.İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib. 

Anastasiya İbrahimli “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O həmçinin 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu olub. Atlet İslamiadadan sonra cəzalanacağını bilərək karyerasını başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail