Qurban Qurbanov: "Uçurum deməzdim, amma ..."

03.12.2018 | 920 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ" - "Keşlə"ni qəbul edib.

Stadium.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarına cavab verib

 - “Bəzən elə oyun olur ki, sadə qol buraxırsan. Bu gün 5 qol vurmaq hər bir komandaya, futbolçuya vacib olur. Bizim üçün önəmli olan 3 xal idi. İlk dəqiqələrdən gördük ki, asan rəqib deyil. Tərlan Əhmədovun gəlişindən sonra yaxşılığa doğru çox dəyişiklik olub”.

- Fasildən sonra qolların ard-arda gəlməsi nə ilə bağlıdı?

- İlk hissədə də Ozobiçlə 2 qol epizodumuz oldu. Bəzən qol imkanlarından çətin yararlanırsan. Bəzən isə bugünkü kimi alınır. Oyuna eyni aqressiya ilə başlamışdıq. İkinci hissədə fərqli bir şey yox idi. Sadəcə, bu dəfə şanslardan yararlana bildik.

- “Sportinq”lə matçda “topa tutulmağımız”ı bu gün əvəz çıxmaq kimi saymaq olarmı?

- Belə düşünmürəm. Fərqli turnirlərdi və bunlara fərqli yanaşıram. Bizim üçün nəticə önəmlidi. “Sportinq”lə görüş bizim üçün ağır məğlubiyyət idi. Nə qədər istəsək də, bu məğlubiyyət yaddan çıxmayıb. Bu gün isə qələbə qazanmaq üçün meydana çıxmışdıq.

- “Sportinq”dən 6 qol buraxıb, “Keşlə”yə 5 qol vurmaq iki ölkə çempionatı arasındakl uçurumdan xəbər verir?

- Uçurum deməzdim, fərq böyükdü. “Sportinq” avrokubok təcrübəsi olan komandadı. Fərqləndirmək istəməzdim. Çox fərq olduğunu demək istəməzdim. Həm Portuqaliya çempionatı bizim liqadan, həm də “Sportinq” bizdən güclüdü. Daha çətin komandalar olub ki, onlara qarşı yaxşı mübarizə aparmışıq. Bəzən bəxtimiz də gətirib. Amma “Sportinq”lə görüşdə qapıya gələn hər top qolla nəticələndi.

- Oyunun bu günə keçilməsi sizin püşkatmaya getməyinizlə bağlı idi, yoxsa yorğunluqla?

- Sırf püşkatma ilə bağlı idi. Zəng vurub Zaur Axundovdan xahiş elədim ki, Tərlanla məsləhətləşsin. Həmən də razılaşdılar. Sağ olsunlar, onlara təşəkkür edirəm.

- Püşkatmada assosiasiya rəhbərliyi də iştirak edib. Son durum orda müzakirə olundumu?

- Avropa çempionatının ev sahiblərindən biriyik. Ümumi söhbətimiz oldu, problemləri müzakirə etdik. Onsuz da futboldan danışmalıyıq da.

- Avropa çempionatında minimum hədəf neçə xal toplamaq olacaq? Bu turnirdə Millətlər Liqası üçün heyət qurmaq fikriniz olacaqmı?

- Bu gün səhər gəlmişəm. Bizə tanış komandalar olsa da, futbol günü-gündən inkişaf edir. Biz onlarla daha yaxından maraqlanmalı, çox məlumat toplamalıyıq. Stabil nəticə üçün oyununu yaxşılaşdırmalısan. Tam yaxından tanış olandan sonra daha yaxşı fikir bildirə bilərəm. Hər oyunda meydana maksimum nəticə üçün çıxmalıyıq. Hər bir oyun bizim üçün böyük təcrübə və təkandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

21.05.2019

20.05.2019

16:07  "Napoli" - "İnter" - 4:1 VİDEO

00:06  "Eybar" - "Barselona" 2:2 VİDEO

19.05.2019

17:18  "Real" - "Betis" - 0:2 VİDEO

16:34  "Qəbələ" - "Sumqayıt" -HEYƏTLƏR

18.05.2019

17.05.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi